Azərbaycanda Beynəlxalq Savadlılıq Günü qeyd ediləcək
Tarix: 06.09.2013 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPİ) təşəbbüsü ilə Azərbaycanda Beynəlxalq Savadlılıq Günü qeyd ediləcək. Sentyabrın 6-da Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi ilə birlikdə qarşıdan gələn Bilik Günü münasibəti ilə tədbir təşkil olunacaq. Tədbirdə günün mahiyyəti və BMT-nin təhsil sahəsində gördüyü işlərə dair təqdimatlar olacaq. Həmçinin məcburi köçkün ailəsindən olan və bu il birinci sinifə qədəm qoyacaq şagirdlərə Bakcell tərəfindən məktəbli çantası və digər dərs ləvazimatları hədiyyə olaraq paylanacaq. Bundan başqa Ağcabədi rayon gəncləri üçün BMT-nin Minilliyin İnkişaf Məqsədləri mövzusunda seminar keçiriləcək. Qeyd edək ki, 8 sentyabr-Beynəlxalq Savadlılıq Günü UNESCO (Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatı) tərəfindən 1965-ci ildə elan olunub. Həmin günün qeyd olunmasında məqsəd savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalı olmasına diqqət çəkməkdir. UNESCO həmçinin beynəlxalq ictimaiyyətə savad almağın insan haqlarından biri olduğunu xatırladır və bütün elmlərin əsası olduğunu vurğulayır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Vilayət Eyvazov: Ölkə üzrə cinayətlərin sayı azalıb
16.09.2019
“Azərbaycanın Dostları“ adlı sosial şəbəkə istifadəyə verilib
16.09.2019
Gürcüstanın Qardabani rayonunda iki uşaq bağçası istifadəyə verilib
16.09.2019
Azərbaycanlı həkimlərin elmi məqaləsi ABŞ-ın nüfuzlu jurnalında dərc olunub
16.09.2019
Gömrük Akademiyasında Bilik Günü münasibətilə tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info