“Suriyada neft bizimdir, qoy sərhədlər ilə başqaları məşğul olsunlar”
Tarix: 02.11.2019 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


ABŞ-ın Suriya sərhədində patrul fəaliyyəti həyata keçirmək arzusu yoxdur, lakin Vaşinqton ölkənin neft resurslarını nəzarətində saxlamaq niyyətindədir.
Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.
“Biz neftə nəzarəti əlimizdə saxlamışıq. Suriya ilə sərhəddə patrul fəaliyyətini başqaları həyata keçirə bilərlər. Türkiyə burada 1000 il savaşıb. Qoy sərhədlə onlar məşğul olsunlar. Biz bununla məşğul olmaq istəmirik, biz əsgərlərimizi vətənə qaytarmaq istəyirik. Amma hərbçilərin bir qismini Suriyada saxlamışıq. Onlar neftə nəzarət edir. Neft mənim xoşuma gəlir, neft bizdədir”, – deyə o bildirib.
Tramp ABŞ-ın bundan sonra da kürd qruplaşmaları və Türkiyə ilə qarşılıqlı fəaliyyətini davam etdirəcəyini deyib.
Trampdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də Vaşinqtona səfər edib-etməyəcəyi barədə də soruşublar. “Prezident Ərdoğan Ağ Evə gəlmək istəyir. Çox yaxşı münasibətimiz var”,- deyə Tramp diplomatik cavab verib. /Virtualaz.org/




 
Bölməyə aid digər xəbərlər
29.11.2020
Nigeriyada terrorçular 70 fermeri öldürüb
29.11.2020
Fransada aksiyalar zamanı 62 polis əməkdaşı yaralanıb
29.11.2020
İranda gün ərzində 389 nəfər koronavirusdan ölüb
29.11.2020
Türkiyə Möhsün Fəxrizadənin öldürülməsini qınadı
29.11.2020
“İranın daha bir aliminə qarşı terror aktı törədiblər”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
4 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
5 “Ezo gəlin” şorbası necə bişirilir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info