Gürcüstan ilə Rusiya arasında danışıqlar yenidən bərpa olunur
Tarix: 02.11.2019 | Saat: 20:23:00 | E-mail | Çapa göndər



Gürcüstan ilə Rusiya arasında danışıqlar yenidən bərpa olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş Nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze məlumat verib.
Onun sözlərinə görə, Rusiya tərəfindən danışıqları yenidən Qriqori Karasin aparacaq. Sayca 23-cü olacaq növbəti görüş noyabrın sonlarında Çexiyanın paytaxtı Praqada keçiriləcək.
“Biz danışıqların bu mərhələsində Gürcüstanın işğal altında olan əraziləri və Rusiya ilə ölkəmiz arasında birbaşa aviareyslərin bərpası məsələlərini müzakirə edəcəyik”, -deyə Abaşidze vurğulayıb.
Qeyd edək ki, Gürcüstan ilə Rusiya arasında danışıqların son mərhələsi iyunun 13-də Praqada keçirilib.
İyunun 20-də Tbilisidə Rusiya əleyhinə keçirilən aksiyalardan sonra danışıqlar prosesinə fasilə verilib və Rusiyadan Gürcüstana birbaşa aviareyslər dayandırılıb.
Həmin vaxtlarda Qriqori Karasin də Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilib. Bu ilin sentyabrında senator seçilən Q.Karasin Rusiya rəhbərliyinin qərarı ilə yenidən Gürcüstan ilə danışıqlar üzrə nümayəndə heyətində olacaq.




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada işsizlik səviyyəsi artır
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info