AMEA Naxçıvan Bölməsinin elektron kitabxanası istifadəyə verilib
Tarix: 06.09.2013 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin elektron kitabxanasının açılışı olub .
AMEA Naxçıvan Bölməsindən bildirib lər ki, tədbirdə qurumun sədri, akademik İsmayıl Hacıyev bu gün muxtar respublikada elmin inkişafına hərtərəfli qayğı göstərildiyini deyib . Diqqətə çatdırılıb ki, AMEA Naxçıvan Bölməsinə də bu qayğıdan pay düşmüş, bölmənin maddi-texniki bazası gücləndirilmiş, əməkdaşların fəaliyyəti üçün lazımi şərait yaradılıb .
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 1972-ci ildən fəaliyyət göstərən bölmənin kitabxanasının elektron kitabxana statusu alması münasibətilə əməkdaşları təbrik edib . O, elektron kitabxanalarda müasir texniki avadanlığın quraşdırılması ilə yanaşı, onlardan səmərəli istifadənin vacibliyinə də diqqəti cəlb edərək deyib : “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşları elektron kitabxanadan səmərəli istifadə etməli, alim və ziyalılarımızın dünya səviyyəsində tanıdılmasında, yeni elmi əsərlərin, monoqrafiya və dissertasiyaların yazılmasında kitabxananın imkanlarından lazımınca bəhrələnməlidirlər”. Ali Məclisin sədri qarşıya qoyulan vəzifələrin bölmənin əməkdaşları tərəfindən layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirmiş, kollektivə işlərində uğurlar arzulayaraq, açılışı bildirən lenti kəsib .
Muxtar respublikanın rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov bildirib ki, elektron kitabxananın yaradılması məqsədi ilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server quraşdırılıb , elektron oxu zalı üçün 6 oxucu yeri yaradılıb . Kitabxana lazımi avadanlıqla təmin edilib , surətköçürmə aparatı, printer, elektron daşıyıcılarda olan məlumatların vizual və səsli izlənməsi üçün televizor və mobil elektron lövhə qoyulub . Surətköçürmə aparatı kitabların elektron versiyalarının yaradılmasına və köhnə kitabların bərpasına imkan verir. Hazırda kitabxananın fondunda 33 minə yaxın kitab vardır. Kitabxanaya fiber-optik kabel çəkilmiş, daxili şəbəkə yaradılmış və internet səhifəsi hazırlanıb . Elektron kitabxananın resursları oxuculara lokal şəbəkə və internet vasitəsilə təqdim olunur. Bu da fondun mühafizəsinə, oxucuların zamandan və məkandan asılı olmayaraq, istənilən vaxt kitabxananın xidmətlərindən səmərəli istifadə etmələrinə şərait yaradır. Kitabxananın www.e-kitab.ameanb.nmr.az internet saytı dünyadakı istənilən elektron kitabxana ilə informasiya mübadiləsi aparmağa imkan verəcək. İlkin mərhələdə kitabxanada 788 kitabın elektron kataloqu, 246 kitabın isə tam mətnli elektron versiyası hazırlanıb . Saytın “Kitabxana”, “Elektron kataloq”, “Bizimlə əlaqə” bölmələrində kitabxana ilə operativ əlaqə saxlamaq, elektron axtarış xidmətlərindən istifadə etmək, dövri mətbuatla tanış olmaq imkanı var. İnternet saytında kitablar haqqında biblioqrafik məlumat və kitabların elektron variantları, “Media” bölməsində isə audio-kitablar və videofayllar yerləşdirilib . “Elektron kitablar” bölməsində hər bir elm sahəsi üzrə ədəbiyyatlarla təchiz olunan ayrıca keçidlər var. Bu da oxuculara kitabları həm əlifba sırası üzrə, həm də müxtəlif elm sahəsi üzrə axtarmaq imkanı verir. “Faydalı linklər” bölməsində isə digər kitabxanaların internet saytlarından istifadə etmək mümkündür.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info