Mali ordusunun 53 əsgəri öldürülüb
Tarix: 02.11.2019 | Saat: 21:31:00 | E-mail | Çapa göndər



Mali hökumətinin yaydığı məlumatda bildirilir ki, terrorçu qruplaşmanın silahlı hücumu nəticəsində bu ölkənin Silahlı Qüvvələrinin 53 əsgəri və bir mülki şəxs qətlə yetirilib. Qeyd olunub ki, daha 10 əsgər yaralanıb və ölkənin şimal-şərqində yerləşən hərbi baza dağıdılıb.

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, hökumətin sözçüsü Yaya Sangare bölgənin əhalisini terrorçulara qarşı dövlət və ordu ilə həmrəylik nümayiş etdirməyə çağırıb.
Terror hücumuna görə məsuliyyəti heç bir silahlı qruplaşma üzərinə götürməyib.
Bildirilir ki, Malidəki separatçılar və “Al-Qaeda” terror təşkilatı sentyabrda da hərbi bazaya hücum zamanı 38 hərbçini qətlə yetiriblər. Özlərini “Cihad hərəkatı”nın üzvləri adlandıran ekstremistlər 2012-ci ildən başlayaraq bu Qərbi Afrika ölkəsinin müxtəlif bölgələrində orduya qarşı silahlı hücumlar həyata keçirirlər.




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
Bakıda kommunal tipli yaşayış binasında yanğın olub
30.11.2020
Bakıda avtomobil marketə çırpılıb, üç tibb işçisi ölüb
29.11.2020
Bakıda su hovuzuna düşən 2 azyaşlının meyitləri tapıldı
28.11.2020
Tanınmış vəkil koronavirusdan öldü
28.11.2020
Bakıda azyaşlı 8-ci mərtəbədən yıxılaraq ölüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
2 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
3 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
4 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
5 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info