Xınalıq və Qırız kəndlərində qarın hündürlüyü 14 santimetrə çatıb
Tarix: 03.11.2019 | Saat: 11:17:00 | E-mail | Çapa göndər



Quba rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 14 santimetrə çatıb.

Rayonda yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, qar yağması ilə əlaqədar Qubanın Qırız və Xınalıq kəndlərində, həmçinin Qusarın Ləzə kəndində temperatur mənfi 10 dərəcəyədək enib. Qarın hündürlüyü Xınalıq və Qırızda 14 santimetr, Ləzə kəndində isə 10 santimetrdir.
Qar səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.
Daha təhlükəli sayılan Quba-Xınalıq yoluna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları nəzarət edir. Yolun qarla örtülən hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Ağdamı Qafqazın Dubayına çevirmək olar
24.11.2020
Azərbaycanda 3646 nəfər COVID-19-a yoluxub, 1259 nəfər sağalıb, 34 nəfər vəfat edib
24.11.2020
Bura nə Naqasaki, nə də Çernobıldır- bura Qarabağdır - VİDEO
24.11.2020
Ermənilərin dəyişdirdiyi tarixi ərazilərimizin adları virtual ensiklopediyada bərpa olunub
24.11.2020
İşğaldan azad olunmuş Ağdamın Abdal və Gülablı kəndləri - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
2 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
3 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
4 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
5 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info