İstanbulda “Yurt sevdası” kitabının təqdimatı olub
Tarix: 03.11.2019 | Saat: 17:27:00 | E-mail | Çapa göndər



Noyabrın 3-də İstanbul Beynəlxalq Kitab Sərgisində filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın “Yurt sevdası” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, 2019-cu ildə Türkiyənin “Zəngin yayıncılık” nəşriyyatı tərəfindən beş min tirajla dərc olunan kitabın tərcüməçisi şair-yazıçı Yurtsevən Şəndir. Kitabda Sona Vəliyevanın Qarabağ, vətən, sevgi, millətə inam mövzularında 100-dən çox müxtəlif janrlarda şeirləri yer alıb.
Təqdimatda kitab haqqında danışan Y.Şən Azərbaycan coğrafiyasının türk milləti üçün tarix boyunca ən ağrılı bölgələrdən biri olduğunu qeyd edib. Bildirilib ki, tarix boyu ərazisində davam edən qanlı müharibələrə, qırğınlara, qətliamlara, yoxsulluqlara və bölünmələrə baxmayaraq Azərbaycan türklüyü yüksək səslə dünyaya çatdırıb və çatdırmağa davam edir. Sona Vəliyevanın atalarımızdan qalan bu müqəddəs mirasa sahib çıxmaq istiqamətində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyini bildirən yazıçı, onun şeirlərində vətənə olan qayğının, insana və türk qadınına olan sevginin ən ülvi hisslərlə büruzə verildiyini qeyd edib.
Təntənəli şəkildə keçirilən təqdimetmə mərasimində kitaba olan diqqət, ziyalıların və türk şairlərinin fikirləri bu nəşrin türk oxucusu tərəfindən yüksək rəğbətlə qarşılandığını göstərib.
Tədbirdə Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev, konsulluğun əməkdaşları, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, ziyalılar, Türkiyədə yaşayan azərbaycanlılar və türkiyəli oxucular iştirak ediblər.
Qeyd edək ki, “Zəngin yayıncılık” nəşriyyatında indiyədək 60-a yaxın Azərbaycan kitabları türk dilinə tərcümə olunub.
Xatırladaq ki, noyabrın 10-dək davam edəcək sərgidə ölkəmiz Mədəniyyət Nazirliyinin təşkilatçılığı və İstanbuldakı Baş Konsulluğumuzun dəstəyi ilə iki xüsusi stendlə təmsil olunur. Beynəlxalq salondakı milli stend 4, “Zəngin yayıncılık” nəşriyyatı vasitəsilə təşkil olunan “Azərbaycan” stendi isə 9 gün müddətində fəaliyyət göstərəcək. Azərbaycan bölməsində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və yerli nəşriyyatlar tərəfindən çap olunan ölkəmizin tarixini, mədəniyyətini, multikultural dəyərlərini və dövlətçilik ənənələrini əks etdirən 300 adda, 600 nüsxədən çox nəşr sərgilənir. Eyni zamanda tədbirdə Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində türk dilinə çevrilən 45 adda Azərbaycan ədəbiyyatı da ziyarətçilərə təqdim edilir.
Azərbaycan bölməsində, həmçinin “Kaspi nəşrləri” seriyasından ümummilli lider Heydər Əliyevə, Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyat xadimlərinə həsr olunan kitablar da sərgilənir. Azərbaycan və türk dillərində olan bu nəşrlər də ziyarətçilər tərəfindən maraqla qarşılanır. Bu kitablar “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkəti tərəfindən nəşr edilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15.11.2019
Azərbaycanlı qonaqlar Özbəkistanda İçən-Qala dövlət qoruğunu ziyarət ediblər
15.11.2019
“CinemaPlus”da “Ford Ferrariyə qarşı”: VİDEO
14.11.2019
Musiqili Teatrda “Paris Notr-Dama ithaf” tamaşası təqdim olunub
14.11.2019
Odessada Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info