Lalə Şövkət İsa Qəmbərə görə “milli şura”dan çıxdı
Tarix: 06.09.2013 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Əvəz Temirxan: “İsa Qəmbər qorxaqdır, cəsarəti yoxdur”
Uzun müddətdir ki, “milli şura”da müxalifət partiyaları arasında gedən siyasi oyunların şahidi oluruq. Bu oyunlarda diqqət çəkən məqam isə müxalifət liderlərinin sözlərinin bir-birilərinin boğazından keçməməsidir. Hətta iş o yerə çatıb ki, bəziləri tərəfdaşlarını agentlikdə ittiham edərək müxalifətdə agent, araqarışdıran söhbətini gündəmə gətirirlər. Son bir neçə gündə isə bu ittihamlarla üz-üzə qalan El Hərəkatının üzvləri və Azərbaycan Liberal Partiyası(ALP) olub. Görünür bu səbəbdəndir ki, artıq ALP seçkiyə çox qısa müddətin qaldığı zamanda qurumdan üz döndərmək mesajını verməyə başlayır. Buna misal olaraq ALP sədri Əvəz Temirxanın son fikirlərini və partiya liderinin təklifini göstərmək olar. Sosial şəbəkələrdə geniş müzakirə mövzusu olan bu fikirlər müxalif düşərgədə də böyük narazılıqla qarşıanıb. Belə ki, Əvəz Temirxan deyib: “Milli şura”nın İcra Aparatının rəhbəri Eldar Namazova müraciət etmişəm və bildirmişəm ki, ALP “milli şura”da Lalə Şövkəti başqa üzvümüzlə əvəz etmək istəyir. Bu Lalə xanımın öz iradəsidir və “milli şura”da əvəz olunmasını xahiş edir”.
Partiya sədri bildirib ki, məsələni Eldar Namazovla birgə müzakirə edib. “Biz fikirləşirdik necə edək ki, “milli şura”ya zərbə dəyməsin. Amma bu gün Səxavət Soltan əslində öz adından yox, İsa Qəmbərin adından Lalə Şövkətin “milli şura”dan çıxarılmalı olduğunu deyib. Çünki “milli şura”da aranı qarışdıran İsa Qəmbərdir.
Şurada siyasi liderlərdən birinin seçkiyə getməsinə imkan verməyən də Müsavat başqanı idi. Lalə Şövkət “milli şura”nın yeritdiyi siyasətə dəstək olaraq üzvlüyə razılıq verib. Əslində isə Lalə Şövkət əvəz olunmasını çoxdan istəyirdi.
Biz hesab edirdik ki, indiki vaxtda mətbuata çıxartmaq və seçkilərə qədər bunu etmək “milli şura”nın imcinə xələl gətirə bilər. Ona görə də gözləyirdik. Əgər İsa Qəmbərin müşaviri belə danışırsa, “milli şura”nın nüfuzuna, həm də Cəmil Həsənlinin seçkiqabağı təbliğatına zərbə vurur.
Biz bilirik ki, İsa Qəmbər həmişə kiminsə arxasında gizlənir. Çünki o qorxaqdır, cəsarəti yoxdur. Bunu İsa Qəmbərin qorxaq intriqalarının davamı kimi başa düşmək olar. İsa Qəmbər müşaviri vasitəsi ilə belə söhbəti üzə çıxarırsa babalı onun boynuna”, - deyə Ə. Temirxan sərt mövqeyini bildirib.
Qeyd edək ki, Müsavat Partiyası başqanı İsa Qəmbərin müşaviri Səxavət Soltanlı gözlənilməz tələblə çıxış edib.
S.Soltanlı açıqlamasında ACP lideri Rəsul Quliyevin və ALP lideri Lalə Şövkətin “milli şura”dan çıxarılmasını tələb edib. Müsavat başqanının müşaviri bildirib ki, L.Şövkət bu günə qədər şəxsən özü “milli şura”nın fəaliyyətini və onun namizədini dəstəkləyən bir bəyanatla çıxış etməyib.
İstənilən halda Lalə Şövkətin də qurumdan çıxması istəyi onu göstərdi ki, bu qurumda artıq dağılma başladı. Burada qalmaqal, ittiham və intriqaların bu həddə çatması isə yaxın günlərdə “milli şura” ilə bağlı yeni “surprizlərin” şahidi olacağımızdan xəbər verir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info