Donoru olmayan xəstələrə böyrək transplantasiyası əməliyyatları edildi
Tarix: 04.11.2019 | Saat: 12:11:00 | E-mail | Çapa göndər


Mircəlal Kazımi: “Donoru olmayan xəstələr bizə müraciət edərək qarşı tərəfdə də cütlərin donoru olmadığı zaman uyğun qan qrupu olan donor tapa bilərlər və biz onları çarpaz böyrək transplantasiyası əməliyyatı edərək, böyrək çatışmazlığı xəstəliyindən xilas edə bilərik”

Xroniki böyrək çatışmazlığının yeganə müalicəsi böyrək transplantasiyasıdır. Belə ki, böyrək transplantasiyası olan xəstələr böyrək çatışmazlığının yaratdığı yüksək təzyiq, yüksək təzyiqlə bağlı dərman preparatları qəbulu, bununla əlaqədar fəsadların yaranması kimi bir çox problemlərdən azad olurlar. Böyrək çatışmazlığı olan xəstələrdə qan azlığı və s. ciddi problemlər olur. Hemodializə qoşulduğu zaman isə bu xəstələrdə əlavə, yanaşı olaraq hepatit xəstəliklərinə yoluxma riskləri yaranır. Təsəvvür edin ki, belə xəstələr həftədə 3 dəfə 6-8 saat hemodializə məruz qalmış olurlar. Amma bütün bunların həll yolu böyrək transplantasiyasıdır.
Hazırda bütün dünyada qabaqcıl tibb müəssisələri xəstələrin hemodializə qoşulmağındansa, orqan transplantasiyası əməliyyatlarının icrasına üstünlük verirlər. Böyrək transplantasiyası əməliyyatlarını həyata keçirmək üçün xəstələrin ən vacib komponenti onların donorlarıdır. Müvafiq qan qrupuna uyğun olaraq xəstələrin donorları əməliyyata hazırlanır və böyrək transplantasiyası əməliyyatı icra olunur. Lakin elə xəstə qrupu da var ki, bunların qan qrupuna uyğun donor tapılmır və yaxud yoxdur. Belə olduqda, həmin xəstələr orqan transplantasiyası əməliyyatı oluna bilmir.
Mərkəzi Gömrük Hospitalında hazırda donoru tapılmayan xəstələr üzərində çarpaz böyrək transplantasiyası əməliyyatları uğurla icra olunur.
Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, cərrah-transplantoloqu Mircəlal Kazımi bununla bağlı deyib: “Biz qaraciyər və böyrək transplantasiyası əməliyyatlarında professional bir komanda olaraq fəaliyyət göstəririk. Bu uğurların, müvəffəqiyyətlərin qazanılmasında Mərkəzi Gömrük Hospitalının, tibb bacılarının, tibbi personalın, əməliyyatxananın və reanimasiya xidmətinin böyük rolu vardır. Belə ki, artıq 800 nəfərdən artıq insan üzərində böyrək və qaraciyər transplantasiyası əməliyyatları icra olunub. Donor çatışmazlığını həll etməyin alternativ yolu çarpaz böyrək transplantasiyası əməliyyatlarıdır. Çarpaz böyrək transplantasiyası əməliyyatları uyğun qan qrupu olmayan donorların cütlər arasında donorların dəyişməsindən ibarətdir. Belə ki, donorlar xəstənin müvafiq qan qrupuna uyğun donor olmadığı üçün öz donorunu qarşı tərəfdəki olan xəstənin donoru ilə dəyişdirir və bununla da, çarpaz böyrək transplantasiyası əməliyyatı icra olunur. Bu günlərdə daxil olan pasiyentlərimiz Mərkəzi Gömrük Hospitalında çarpaz böyrək transplantasiyası əməliyyatı olunublar. Belə ki, hər iki xəstənin öz qohumları donor olsa da, qan qrupu uyğun deyildi. Ona görə də bu pasiyentlər öz aralarında donorlarını dəyişdirərək, çarpaz transplantasiya olunublar. Artıq əməliyyatdan sonra hər iki xəstənin analiz nəticələri qənaətbəxşdir, donorlar və xəstələr evlərinə yola salınıb, öz müalicələrini ambulator şəraitdə davam etdirirlər. Bu, bizim icra etdiyimiz növbəti çarpaz böyrək transplantasiyası əməliyyatı idi. Donoru olmayan xəstələr bizə müraciət edərək qarşı tərəfdə də cütlərin donoru olmadığı zaman uyğun qan qrupu olan donor tapa bilərlər və biz onları çarpaz böyrək transplantasiyası əməliyyatı edərək, böyrək çatışmazlığı xəstəliyindən xilas edə bilərik”.
Mərkəzi Gömrük Hospitalında böyrək transplantasiyasına ehtiyacı olan xəstələrin donorları laparoskopik üsulla, yəni bağlı üsulla əməliyyat olunurlar. Dr. Mircəlal Kazıminin rəhbərlik etdiyi komandanın fürsətləri genişdir, komanda üzvləri müxtəlif xarici ölkələrdə öz təhsillərini başa vurmuş həkimlərdir. Dr. Kamran Beydullayevin rəhbərliyi ilə donor əməliyyatları icra edilir. Onun əməyi nəticəsində donorların böyrəyi laparoskopik üsulla icra olunur və donorun böyrəyi çox kiçik bir estetik kəsikdən xaric edilir. Donorun xəstəxanada qalması 3-5 gündür. Laparoskopik yolla əməliyyatların bir çox üstünlükləri var: donorun xəstəxanada qalma müddəti az olur, yaranın kəsiyi estetik və kiçik olur, yara yerində hər hansı defektin əmələ gəlmə ehtimalı demək olar ki, sıfıra bərabər olur.
Xatırladaq ki, Dr. Mircəlal Kazımi Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla icra etmiş cərrah transplantoloqdur. Bu günə qədər 800-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda icra olunan təkcə böyrək transplantasiyası əməliyyatlarının 90%-i Dr.Mircəlal Kazımi tərəfindən icra edilib.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı, 29 nəfər vəfat etdi
23.11.2020
Dövlət Yanğın Nəzarəti Xidməti azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb
22.11.2020
Füzuli tezliklə çiçəklənmə və xoşbəxtlik şəhəri olacaq - Hikmət Hacıyev
22.11.2020
Azərbaycanda 3196 nəfər COVID-19-a yoluxdu, 1598 nəfər sağaldı, 24 nəfər vəfat etdi
22.11.2020
Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info