Bankdan Aprel qazisi ilə bağlı təqdirəlayiq addım!
Tarix: 04.11.2019 | Saat: 12:12:00 | E-mail | Çapa göndər


“AtaBank” növbəti dəfə hərbçimizin kredit borcunu bağışladı

“AtaBank” ASC 26-cı il dönümü ilə bağlı Qarabağ uğrunda gedən Aprel döyüşlərində yaralanmış hərbçimizin kredit borcunu bağışlayıb. Fərzəlizadə Ruslan Zahid oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda, düşmən mövqelərinin məhv edilməsində, həmçinin Ağdam ərazisində N-saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin kəşfiyyatçısı olaraq iştirak etmiş və bu zaman sol gözündən və əlindən yaralanmışdır.
Hərbçimiz AtaBank-ın Mərkəz filialına dəvət edilib və İdarə Heyəti sədrinin müavini Kamran Orucəliyev və Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov ilə görüşüb. Görüş zamanı “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin müavini K.Orucəliyev bildirmişdir: “Torpaqlarımız uğrunda döyüşən, vətən keşiyində duran əsgər və hərbçilərimiz hər zaman dövlətimizin diqqət mərkəzindədir. Lakin ölkənin özəl sektoru da, ələlxüsus iri şirkətlər və bank kimi maliyyə institutları da müstəqilliyimiz uğrunda canlarını fəda etməyə hazır oğullarımızı və onların doğmalarını unutmamalıdır. Bank olaraq vətənin çətin günlərində düşmənə sinə gərənlərin sosial durumunu nəzərə alıb bacardığımız yardımı əsirgəməməliyik.”
Xatırladaq ki, “AtaBank” ASC bundan öncə də Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış hərbçimizin kredit borcunu bağışlayıb.
1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2019
TANAP-in açılacağı tarix məlum oldu
18.11.2019
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18.11.2019
Azərbaycanın əsas ticarət tərəfdaşları hansı ölkələrdir?
18.11.2019
Honkonqda etirazçılar universitetin yaxınlığındakı körpünü yandırıblar
17.11.2019
Trans-Xəzər boru kəməri Türkmənistan qazının Avropaya tranziti üçün əsas marşrutdur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info