Azərbaycanın Milli Qəhrəmanları adından Dövlət Bağçalıya xalça hədiyyə edilib
Tarix: 04.11.2019 | Saat: 12:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı MHP lideri Dövlət Bağçalını ziyarət edib. Görüşdə Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədov, Sahil Məmmədovun övladı Rəvan Məmmədov və jurnalist-yazar Sərdar Akyol da iştirak ediblər
Elşən Uluxanlı Azərbaycandan 198 Milli Qəhrəman və şəhid ailələrinin salamlarını Dövlət Bağçalya çatdıraraq, ona türk dünyasının problemlərilə yaxından maraqlandığı üçün təşəkkürlərini bildirib. Bir millət iki dövlət olmanın vacibliyini ən üst səviyyədə yerinə yetirdiklərini ifadə edən Uluxanlı heç bir gücün Türkiyə və Azərbaycan arasındakı milli bağları qoparma bilməyəcəyini deyib: “Türkiyə davamlı olaraq terrorla mübariz edir. Lazım olsa bizlər “Sülh çeşməsi” əməliyyatına qatılar və Türkiyə ordusu ilə çiyin-çiyinə son nəfəsimizə qədər mübarizə apararıq”.
Elşən Uluxanlı deyib ki, Qarabağ üçün azərbaycanlıların hər zaman canlarından keçməyə hazırdırlar: “Bu gün hər bir azərbaycanlı bu ruh və düşüncədədir. Erməni işğalı altında olan Qarabağı hər nə bahasına olursa olsun azad edəcəyik. Bu ruh və düşüncə bizlərdə olduğu müddətcə heç bir rəqib qarşımızda dayana bilməyəcək”.
Görüşdə Qarabağ qaziləri bildiriblər ki, ABŞ yalan və uydurma bir sözdə soyqırımı üzərindən siyasi nəticələr əldə etmək yerinə, gözlərini açıb Xocalıya baxsın. Azərbaycan Milli Qəhrəmanı Sahil Məmmədov Qarabağın əbədi Azərbaycan torpağı olduğunu və hər nə bahasına olursa olsun qorumaqda qərarlı olduqlarını ifadə edib.
Azərbaycan Milli Qəhrəmanları adından MHP lideri Dövlət Bağçalıya Azərbaycan xalçasına toxunan şəkilləri hədiyyə edilib.
MHP lideri Dövlət Bağçalı Azərbaycandan gələn qonaqlarla görüşdən məmnunluğunu bildirərək hər zaman Azərbaycanın haqlı mövqeyinin yanında olduqlarını ifadə edib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada işsizlik səviyyəsi artır
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info