KOBİA-nın təşkilatçılığı ilə məhsullarımız ilk dəfə “Global Village” Beynəlxalq Yarmarkasında
Tarix: 04.11.2019 | Saat: 12:24:00 | E-mail | Çapa göndər


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hər il ənənəvi olaraq keçirilən “Global Village” Beynəlxalq Yarmarkasında ilk dəfə olaraq Azərbaycan məhsulları da nümayiş olunur. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin təşkilatçılığı, ölkəmizin BƏƏ-dəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə yarmarka çərçivəsində Azərbaycan pavilyonu açılıb. Burada 25 Azərbaycan şirkətinin 200-ə yaxın çeşiddə məhsulları – meyvə-tərəvəz, meyvə şirələri, şərablar, kompotlar, bal, çay, mürəbbə, şirniyyat, konservləşdirilmiş məhsullar, xalçalar, kəlağayı, milli suvenirlər, parfumeriya və s. təqdim olunur. Pavilyonumuzda Azərbaycan məhsullarının nümayişi və satışı ilə yanaşı, “Global Village”in ümumi ərazisində və Azərbaycan pavilyonu daxilində milli musiqimiz, rəqslərimiz və mətbəximiz, eləcə də “Azərbaycan irsi” guşəsində Azərbaycan mədəniyyətinə dair eksponatlar sərgilənir.
Yarmarkanın açılışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Global Village” Beynəlxalq Yarmarkasının baş icraçı direktoru Bader Anvahi və digər rəsmi şəxslər və ziyarətçilər Azərbaycan pavilyonu ilə tanış olublar. Azərbaycan pavilyonu və məhsullarımız sərgi ziyarətçiləri və xarici qonaqlar tərəfindən maraqla qarşılanıb.
1996-cı ildən təşkil edilən “Global Village” Beynəlxalq Yarmarkası hazırda Dubayın ən böyük satış bazarı, açıq havada isə dünyanın ən böyük beynəlxalq yarmarkasıdır. Keçirildiyi müddətdə yarmarka bölgədəki turizm, istirahət, əyləncə və alış-veriş mərkəzinə çevrilir. 2018-ci ildə “Global Village”i 7 milyon nəfər ziyarət edib. Oktyabrın 29-dan 2020-ci ilin aprelinədək davam edəcək yarmarka 150 hektar ərazidə yerləşir. Burada müxtəlif ölkələrin məhsulları nümayiş olunur və satışı həyata keçirilir. Bu ilki “Global Village” Beynəlxalq Yarmarkasında Azərbaycan da daxil olmaqla 78 ölkənin 26 pavilyonu nümayiş olunur. Ümumilikdə bu ilki “Global Village” pavilyonlarında 3500-dən çox mağaza, 78 mədəniyyət tədbiri, 20-dən çox restoran və kafe, 120-dən artıq kiosk fəaliyyət göstərəcəkdir.

Anar




 
Bölməyə aid digər xəbərlər
23.11.2019
İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi mövzusunda elmi-praktiki konfrans keçirilib
22.11.2019
Azərbaycan Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlığa qoşulur
22.11.2019
“Cabmin.gov.az”: Baş Nazir Əli Əsədov Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb
22.11.2019
KOB-ların Beynəlxalq Pərakəndə Sərgisində iştirakına dəstək göstərilib
22.11.2019
Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzi yaradılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info