Natiq Əliyev: “Azərbaycanlılar xaricdə çox fəaldırlar”
Tarix: 04.11.2019 | Saat: 13:37:00 | E-mail | Çapa göndər


Bu gün gənclərimiz Belarusun mərkəzi ilə yanaşı, regionlarında da Azərbaycanı layiqli şəkildə təmsil edirlər. Belarusun Brest şəhərində olarkən belə gənclərimizdən bir olan Natiq Əliyevlə görüşdük. Qeyd edək ki, Natiq Namiq oğlu Əliyev 29 noyabr 1997-ci ildə Brest şəhərində anadan olub. 2004-cü ilin sentyabr ayında Çerney kəndindəki orta məktəbin 1-ci sinfinə daxil olub. 2015-ci ilin iyununda Çerney kənd orta məktəbini bitirib. 2015-ci ilin avqust ayında Brest Dövlət Texniki Universitetinin Elektron İnformasiya Sistemləri fakültəsinin “Süni intellekt” ixtisası üzrə əyani şöbəsinə daxil olub. İngiltərədə tələbə mübadiləsi proqramı çərçivəsində təlim keçib.

- Sizin təhsil aldığınız sahə yenidir. Belarusda bu sahə üzrə iş yerləri varmı?

- Bəli, oxuduğum ixtisas yenidir və bütün dünyada inkişaf edir. İnsanlar hər şeyi robotlaşdırmağa meyillidirlər. Bir çox fabrik artıq süni intellektlə təchiz olunmuş robotlarla işləyir. Belarusda bu ixtisasda çox iş yeri var, lakin bütün şirkətlər bu sahədə yaxşı maaş vermirlər.

- Təhsilinizi davam etdirmək fikriniz varmı?

- Bəli, “Süni intellekt” ixtisası üzrə magistraturaya daxil oldum. Məzun olduqdan sonra bu, aspiranturaya daxil olmaq üçün bir fürsət olacaq.

- Xaricdəki azərbaycanlı gənclərin aktivliyi necədir?

- Xaricdə azərbaycanlılar özlərini yaxşı hiss edirlər, millətimizi və vətənimizi sevirlər və hörmət edirlər. Azərbaycanlılar xaricdə çox fəaldırlar; çalışırlar, qazanc əldə edirlər.

- Brestdə gənc nəsli necə təmsil edirsiz?

-Məncə, Brestdəki gənc nəsil olduqca müasirdir. Çox sayda gənc idmana maraqldır. Brestdə və ümumiyyətlə, Belarusda xokkey və futbol üçün çoxlu vəsait xəclənir. Belarusda yaşayan gənclər və insanlar olduqca sakitdir. Burada hamı planlı həyat yaşayır. Əgər Moskva, Varşava kimi meqapolislərlə müqayisə etsəniz, burada həyat daha sakit və ölçülü-biçilidir.

Fuad Hüseynzadə
(Bakı-Brest-Bakı)





 
Bölməyə aid digər xəbərlər
14.12.2019
Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
10.12.2019
“Protokollar tibbi sığortanın uğurlu tətbiqinin ayrılmaz şərtidir”
06.12.2019
Vidadi Rzayev: “Belə futbol, belə inkişaf olmur”
05.12.2019
“Karate həyatımın ayrılmaz bir hissəsinə çevrilib”
05.12.2019
“Fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
4 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info