İmplantoloqlar mürəkkəb kliniki situasiyalar və onların həlli yolunu müzakirə ediblər
Tarix: 04.11.2019 | Saat: 13:59:00 | E-mail | Çapa göndər


Son illər ölkəmizdə sürətlə inkişaf edən sahələrdən biri də implantologiyadır. Bakıda keçirilən “İmplantologiyada mürəkkəb kliniki situasiyalar və onların həlli yolu” adlı konfransda bu barədə məlumat verilib. Eyni zamanda tədbirdə estetik stomatologiya, ağız boşluğu xəstəliklərinin profilaktikasında əldə olunan nailiyyətlərdən də danışılıb.
Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Oqtay Mehdiyev implantologiyanı dünya stomatologiyasının ən böyük nailiyyətlərindən biri kimi səciyyələndirib. O, bildirib ki, bu sahə çox perspektivli olmaqla bərabər, həm də yüksək peşəkarlıq tələb edir. Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyə kafedrasının əməkdaşı Sahib Bilalzadə konfransın stomatoloqlar üçün çox əhəmiyyətli olacağını vurğulayıb. Onun sözlərinə görə Avropa ölkələrindən dəvət olunmuş mütəxəssislər həkimlərimizlə öz təcrübələrini bölüşəcək və diş texniklərimiz üçün xüsusi təlimlər keçəcəklər.
Litvalı implantoloq, həkim Daynos Karpavicos isə implantologiya sahəsinin böyük addımlarla irəlilədiyini, belə görüşlərin keçirilməsinin əhəmiyyətini və bunun implantologiyanın daha da inkişaf etməsinə təkan verəcəyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər YENİLƏNİB
11.11.2019
Prezident və Mehriban Əliyeva Xətaidə ağacəkmə aksiyasında YENİLƏNƏCƏK
11.11.2019
Oğuz rayonunda 15 bələdiyyəyə 137 üzv seçiləcək
11.11.2019
Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
10.11.2019
Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info