Avropa İttifaqı Ermənistanda “Tvinninq” proqramının icrasını dayandırdı
Tarix: 06.09.2013 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


“Novosti NK”: “Ermənistanın bütün strateji obyektləri Rusiyanın nəzarəti altındadır”
Ermənistan rəhbərliyinin aylardır gözdən pərdə asmaq üçün Avropa İttifaqı ilə apardığı danışıqların üstündən bir anda xətt çəkərək Gömrük İttifaqına üzv olacağını açıqlaması Brüsselin kəskin narazılığına səbəb olub. Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün müxtəlif güzəştlər, şirnikləndirici təkliflər irəli sürən Avropa İttifaqının rəsmiləri imzalanması nəzərdə tutulan müqavilələrlə regionda mövqelərini möhkəmləndirməyə çalışırdı. Rusiya ilə münasibətlərində müəyyən soyuqluğun yaranmasından sonra Avropa İttifaqı ilə danışıqlara həvəslə yanaşan rəsmi İrəvan təmsilçiləri Kremlin təsirindən uzaqlaşa biləcəklərini nümayiş etdirməyə çalışırdılar. Amma bunun mümkün olmadığını İrəvanda yaxşı anlayırdılar. Çünki iqtisadi-siyasi baxımdan tamamilə Rusiyadan asılı vəziyyətdə olan ölkənin müstəqil qərar qəbul etməsi, asılı olduğu ölkənin maraqlarının əleyhinə getməsi mümkün deyildi.
“Ermənistan iqtisadiyyatına yatırılan xarici investisiya bir il ərzində 35,2 faiz azalıb”
“Novosti NK” yazır ki, praktiki olaraq Ermənistanın bütün strateji obyektləri Rusiyanın nəzarəti altındadır. Buraya strateji müəssisələr, rabitə sahəsi, elektrik enerjisi, qaz sektoru, AES, yeni inşa ediləcək AES, dəmiryolu əlaqəsi və s. daxildir: “Regiondakı yeganə Rusiya hərbi bazası Ermənistanda dislokasiya olunub, Ermənistan-Türkiyə sərhədini rusiyalı sərhədçilər qoruyur. Rusiya hərbi sahədə əməkdaşlığı genişləndirərək birgə müdafiə müəssisəsi, fövqəladə hallar mütəxəssisləri və sərhədçilərin hazırlığı mərkəzi yaratmaq istəyir. Bununla yanaşı, Rusiyanın açıq şəkildə Azərbaycana müasir hücum silahları satması Ermənistanın xoşuna gəlmir, Ermənistan-Rusiya hərbi əməkdaşlığının bir çox aspektləri ilə bağlı, ümumiyyətlə, müzakirə aparılmır. İqtisadi planda da vəziyyət eynidir. Vaxtilə həyata keçirilən “borc əvəzinə əmlak” proqramı çərçivəsində Ermənistan Razdan elektrik stansiyasını, “Mars” zavodunu və üç elmi-araşdırma institutunu Rusiyaya verib. “Rosneft” şirkəti “Nairit” zavoduna sahib olmaq variantlarını nəzərdən keçirir. Rusiya şirkəti zavodda süni kauçuk istehsalı ilə bağlı araşdırma aparır. Bu ilin əvvəlinə olan məlumata görə, Ermənistanda Rusiya kapitalı ilə fəaliyyət göstərən 1280 müəssisə qeydiyyatdan keçib ki, onların da ümumi kapitalı 3 milyard dollardan çoxdur. Ermənistan Statistika Xidmətinin məlumatına görə, ölkə iqtisadiyyatının real sektoruna yatırılan xarici investisiya bir il ərzində 35,2 faiz azalıb. 2012-ci ilin 9 ayı ərzində Rusiya Ermənistana 82,1 milyon dollar investisiya yatırıb. Son illər ərzində Ermənistana xaricdən əsas pul transferti 2,4 milyon ermənininin işlədiyi Rusiyadan olub. Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır. 2012-ci ildə Ermənistanın Rusiyaya ixracı 280 milyon dollar təşkil edib. Buraya əsasən qida məhsulları, alkoqollu və alkoqolsuz içkilər daxildir. Rusiyadan Ermənistana ixrac isə ötən il 1 milyard dollardan çox olub. Bu məbləğin, demək olar ki, yarısı mineral yanacaq, neft və neft məhsullarına xərclənib”.
Litva prezidenti: “Avropa İttifaqı artıq Ermənistana etibar etmir”
Bu faktlar da təsdiqləyir ki, Ermənistan iqtisadi-hərbi cəhətdən tamamilə Rusiyadan asılıdır. Belə asılı vəziyyətdə olan Ermənistanın Rusiyadan üz döndərərək Avropa İttifaqına üz tutması ən azı tarana getməyə, ən çoxu Ermənistan adlı dövlətin xəritədən silinməsinə səbəb ola bilərdi. Hakimiyyətini itirməkdən qorxan Sərkisyan bu variantları da göz önünə alaraq Kremlin ittifaq boyunduruğunun altına keçməyə razılıq verdi. Əvəzində Avropa ilə əməkdaşlıq imkanlarını, demək olar ki, heçə endirdi. Avropa İttifaqının rəsmiləri artıq Ermənistanla hədə dilində danışmağa, təzyiq rıçaqlarını işə salmağa başlayıblar. Litva dövlət başçısı Dalya Qribauskayte bəyan edib ki, Gömrük İttifaqına üzv olmaqla Ermənistan Avropa Birliyi ilə assosiativ sənəd imzalamaq şansını itirib. Qribauskayte noyabr ayında Vilnüsdə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində sənəd imzalayacq ölkələrin siyahısından Ermənistanın adını xaric edib. “Reqnum” xəbər verir ki, Qribauskayte Avropa İttifaqının artıq Ermənistana etibar etmədiyini bildirib: “Litva prezidentinin adından yayılan bəyanatda “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində sənəd imzalanacaq dövlətlərin arasında Ermənistanın adı qeyd edilməyib. Ermənistanın adı, ümumiyyətlə, ölkə kimi həmin siyahıda yoxdur. Litvanın xarici işlər naziri Linas Linkyaviçüs də bəyan edib ki, Ermənistan Gömrük İttifaqına üzv olmağa razılıq verməklə Avropa İttifaqı ilə azad ticarət zonasının yaradılması ilə bağlı sənəd imzalamaq şansını itirib”. Avropa İttifaqının təzyiq rıçaqları işə düşüb. Belə ki, Avropa İttifaqı artıq Ermənistanda “Tvinninq” proqramının icrasını dayandırıb. “Nyus.am” xəbər verir ki, Avropa Komissiyası bu haqda Ermənistan hökumətini məlumatlandırıb. Səbəb Ermənistanın Gömrük İttifaqına üzv olmağa razılıq verməsidir. Proqramın müvəqqəti, yoxsa daimi dayandırıldığı məlum deyil. Bu proqram 2009-cu ildən Ermənistanda fəaliyyət göstərir. “Tvinninq” proqramı çərçivəsində Ermənistanda 18 layihə həyata keçirilib. Bu proqramın əsas məqsədi Ermənistan dövlət strukturlarında islahatlar aparılması, ölkə qanunvericiliyinin Avropa İttifaqı standartlarına uyğunlaşdırılması idi.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info