Erməni saytının etirafı:”Azərbaycandakı büdcə artımı iqtisadi inkişafla bağlıdır”
Tarix: 04.11.2019 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Karen Vartanesyan: ” Ermənistanda müdafiə xərclərinin artırılması vacib olsa da ölkənin maliyyə vəziyyəti buna imkan vermir”

Şəxsi «Facebook» səhifəsində canlı yayıma çıxan Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə ölkənin müdafiə sektorunda qazandığı «nailiyyətlər»dən danışıb. İlk olaraq, 2019-cu ildə ordu ehtiyaclarına xərcləmənin 26 faiz artdığını bildirən baş nazir, bu il xərclərin artıq 313,2 milyard drama qaldırıldığını bildirib. O, müqayisə üçün bu rəqəmin ötən il 247,8 milyard təşkil etdiyini də deməyi unutmayıb. Paşinyanın sözlərinə görə, 2020-ci ildə hərbi sənayenin maliyyələşdirilməsini 114 faiz artırmaqla yanaşı, bu sahəyə yeni ərzaq təchizatı sistemi də tətbiq ediləcək.
Qeyd edək ki, erməni baş nazirin dediklərini «gəlişigözəl» sözlər kimi dəyərləndirən «Qolos Armenii» saytı, bununla bağlı öz iradını da bildirməkdən çəkinmir: «Bəli, gələn il üçün Ermənistan öz hərbi büdcəsini artırır. Belə ki, ölkənin 2019-cu il üçün hərbi büdcəsi 629,5 mln. dollar olmuşdusa, gələn il bu rəqəm 631 mln. dollar təşkil edəcək». Əslində, həmişə olduğu kimi, bu dəfə də şəxsi «Facebook»unda bunun böyük bir tərəqqi» olduğunu xalqa sırımağa çalışan Paşinyana erməni saytı «…burada artım praktiki olaraq təmin edilmir, çünki təxminən 2 milyon dollar bu çərçivədə ciddi müzakirə oluna biləcək məbləğ deyil»- cavabını verir.
Ermənistanın hərbi büdcəsi üçün artımın, Paşinyan ailəsinin istək və arzularına uyğun olaraq, son altı ayda təmir edilmiş möhtəşəm saray üçün xərclənmiş vəsaitlə müqayisədə sönük göründüyünü bildirən sayt yazır: «Vaxtilə İrəvan küçələrində velisoped sürüb özünü xalqa «örnək kimi» göstərən Nikol və onun ailəsi indi artıq bahalı maşınlara belə, sığmır». Saytın yazdığına görə, artıq son günlər baş nazir üçün yeni bir təyyarənin alınması zəruriliyindən də bəhs olunur. Bunu isə indiki təyyarə ilə xaricə uçmağın əlverişsiz olduğu ilə əlaqələndirirlər.
Maraqlıdır ki, Ermənistanın hərbi büdcəsini Azərbayacının hərbi büdcəsi ilə müqaisə edən sayt, Azərbaycandakı büdcə artımının, rəsmi olaraq, iqtisadi inkişafla bağlı olduğunu etiraf etmək məcburiyyətində qalır.
Paşinyanın müdafiə xərcləri barədə danışarkən, daha çox əvvəlki və gələcək illəri müqayisə edərək danışdığına diqqət çəkən sayt, Nikolun bu sahəni maliyyələşdirmək üçün «fərqli məntiq»dən çıxış etdiyini də gizlətmir. Önun ölkədəki korrupsiyaya qarşı mübarizədə edilən dəyişikliklər və «qeydə alınan ciddi nəticələr» nəticəsində ölkənin müdafiə xərclərini artıra biləcəyinə ümid etdiyini önə çəkir. Qeyd edək ki, Paşinyan belə deyir: «Korrupsiyaya qarşı mübarizədə qeyd olunan nəticələr müdafiə səviyyəsini artırmaq üçün istifadə ediləcək». Qəribədir ki, Nikolun bu fikirlərini «güclü bir dəlil» kimi təqdim edən saytın baş nazirə acı bir istehzası da sezilməkdədir. Sayt bununla bağlı yazır: «Göründüyü kimi, «korrupsiyaya qarşı mübarizədən əldə olunan gəlirlər» hər kəs üçün aydın olduğu kimi, konkret hesablamalara imkan verməyən inandırıcı arqument kimi qəbul edilməlidir. Buna görə də konkret hərbi satınalmaların, ümumiyyətlə, silah xərclərinin planlaşdırılması barədə söhbət belə, ola bilməz. Korrupsioner tutularsa, deməli, Ermənistan ordusu üçün silah alınacaq, və əgər tutulmasa…»
Ermənistanın hərbi xərclərinin Azərbaycanın hərbi xərclərindən qat-qat aşağı olduğunu bildirən erməni koordinator Karen Vartanesyan Ermənistanda davamlı büdcə və iqtisadiyyatın artımına nisbətdə müdafiə xərclərini artırmağın vacibliyini bildirsə də, ölkə maliyyəsinin buna imkan vermədiyini etiraf edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada işsizlik səviyyəsi artır
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info