Azərbaycana səfər edən britaniyalı turistlərin sayı 23 faiz artıb
Tarix: 05.11.2019 | Saat: 09:23:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana Böyük Britaniyadan 32 min turist səfər edib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

Onun sözlərinə görə, Azərbaycana səfər edən böyük britaniyalı turistlərin sayı ötən ilin eyni dövrünə nisbətdə 23.5 % artıb.

Qeyd edək ki, 2019-cu il ərzində ötən illə müqayisədə ölkəmizə səfər edənlərin sayında 10.9 % artım müşahidə olunur.

Hazırda Azərbaycan nümayəndə heyəti Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Londonda keçirilən "Dünya Səyahət Bazarı" ("World Travel Market") sərgisində iştirak edir.

4-6 noyabr tarixlərində keçirilən sərgidə Azərbaycan 12 turizm şirkəti ilə təmsil olunur.

Xatırladaq ki, 2018-ci ildə baş tutan "Dünya Səyahət Bazarı" sərgisində Azərbaycanın yeni turizm brendinin beynəlxalq ictimaiyyət üçün ilk genişmiqyaslı təqdimatı keçirilmişdi.

Azərbaycan 2002-ci ildən etibarən "Dünya Səyahət Bazarı" sərgisində iştirak edir.

1980-ci ildən bəri hər il keçirilən sərgiyə 182 ölkədən 5 min iştirakçı və turizm sənayesinin 51 mindən çox nümayəndəsi qatılır.




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
Bu il Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayı 25 faiz artıb
13.11.2019
Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
13.11.2019
Avstraliyanın turizm saytı: Səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!
12.11.2019
Azərbaycan-Rusiya sağlıq turizmi əlaqələri genişləndirilir
31.10.2019
AZTA və Esvaiti Krallığının Turizm Təşkilatı əməkdaşlıq haqqında Memorandum imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info