Naxçıvanın 95 illiyi Türkiyədə qeyd olunub
Tarix: 05.11.2019 | Saat: 12:25:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə Türkiyənin Trabzon şəhərində yerləşən Qaradəniz Texniki Universitetində tədbir keçirilib. Naxçıvan Dövlət Universitetindən müəllim və tələbələrin də qatıldığı tədbirdə əvvəlcə sərgiyə baxış olub. Sərgidə Naxçıvanın tarixi və turistik yerlərini əks etdirən 20 foto və 15 rəsm əsəri nümayiş olunub.
Sonra Qaradəniz Texniki Universitetinin Beynəlxalq münasibətlər üzrə prorektoru Hikmət Öksüz Azərbaycan və Türkiyə Cümhuriyyətinin genişmiqyaslı münasibətlərindən və tarixi əlaqələrindən danışıb.
Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov muxtar respublikanın 95 illik inkişaf tarixindən, Universitetin Azərbaycan tarixi kafedrasının dosenti Elçin Zamanov XX yüzilliyin əvvəllərində muxtariyyətə gedən yolda Naxçıvanın Türkiyənin dəstəyi ilə apardığı qurtuluş mübarizəsindən danışıblar.
Sonra hər iki ölkənin musiqi və rəqs nümunələrindən ibarət konsert olub.
Qeyd edək ki, hər iki universitet arasında Erasmus Key Action proqramı çərçivəsində tələbə-müəllim mobilliyi, ortaq proqram, simpozium, konfranslar keçirməyə dair qarşılıqlı müqavilə var. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri artıq iki ildir ki, Qaradəniz Texniki Universitetdə təcrübə kursu keçirlər.




 
Bölməyə aid digər xəbərlər
29.11.2020
Nigeriyada terrorçular 70 fermeri öldürüb
29.11.2020
Fransada aksiyalar zamanı 62 polis əməkdaşı yaralanıb
29.11.2020
İranda gün ərzində 389 nəfər koronavirusdan ölüb
29.11.2020
Türkiyə Möhsün Fəxrizadənin öldürülməsini qınadı
29.11.2020
“İranın daha bir aliminə qarşı terror aktı törədiblər”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
4 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
5 “Ezo gəlin” şorbası necə bişirilir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info