Ruhidil Qurbanlı: “Əzmkarlıq nümayiş etdirərək turnirdə iki medal qazandıq”
Tarix: 05.11.2019 | Saat: 13:20:00 | E-mail | Çapa göndər


İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan millisinin üzvləri noyabrın 5-də Vətənə qayıdıblar.
Gimnastlarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndələri, yaxınları və jurnalistlər qarşılayıblar. Gənclər yaş qrupunda mübarizə aparan Murad Rəfiyev və Daniel Abbasovdan ibarət cütlük temp hərəkətlərində bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına layiq görülüb. Gimnastlarımız qitə birinciliyində tam bir medal dəstini əldə ediblər. Belə ki, onlar balans hərəkətlərində bürünc, çoxnövçülükdə isə gümüş medal qazanıblar.
Böyüklərin yarışında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük temp və balans hərəkətlərində bürünc medala yiyələnib.
Qeyd edək ki, yığmamız Avropa çempionatını 5 medalla başa vurub. Akrobatika gimnastlarımızın qitə birinciliyindəki çıxışını yüksək qiymətləndirən yığmamızın baş məşqçisi İradə Qurbanova komandamızın çempionata ciddi hazırlaşdığını bildirərək deyib: “Gimnastlarımıza inamım böyük idi. Onların çempionatda mükafatçılar sırasında yer alacağına ümid edirdim. Ancaq bu qədər medal qazanacağımızı gözləmirdim. Əldə olunan uğura görə çox sevinirəm. Doqquz medal qazanmaq imkanımız var idi ki, gimnastlarımız 5 dəfə fəxri kürsüdə yer aldılar. Qarşıda idmançılarımızı daha ciddi sınaqlar gözləyir. Belə ki, altı aydan sonra dünya çempionatı təşkil olunacaq. Bütün diqqətimizi bu mötəbər yarışa yönəldəcəyik”. Yarış zamanı çox həyəcanlı olduğunu bildirən Avropa çempionu Murad Rəfiyev deyib: “Çempionatın ilk günündə bürünc medal qazandıq. Bu, bizi qane etmədi. Ertəsi gün fəxri kürsünün ikinci pilləsinə qalxdıq. Turnirin sonuncu günündə isə qızıl medala sahib olduq. Əsas rəqiblərimiz Böyük Britaniya və Rusiya idmançıları idi. Yarışın sonuncu günündə onları qabaqlamağı bacardıq. Azərbaycanın dövlət himninin İsraildə səslənməsi çox qürurverici idi”. Qitə birinciliyinin bürünc medalçısı Ruhidil Qurbanlı yarışın gərgin idman mübarizəsi şəraitində keçdiyini deyib. O Bildirib: “İlin sonu olduğu üçün bir az yorğunluq var idi. Amma buna baxmayaraq, əzmkarlıq nümayiş etdirərək turnirdə iki medal qazandıq. Mükafatçılar sırasında yer aldığım üçün çox xoşbəxtəm”. Akrobatlarımız ilə eyni vaxtda Belçikanın Gent şəhərində keçirilən “Happy Cup” beynəlxalq turnirində iştirak edən bədii gimnastlarımız da Vətənə qayıdıblar. Turnirdə 2009-cu il təvəllüdlü gimnastların yarışında çıxış edən Gövhər İbrahimova həm çoxnövçülükdə, həm də iplə kompozisiyasına görə qızıl medal qazanıb. Növbəti qızıl medalların sahibi Kamilla Seyidzadə olub. O, 2007-ci il təvəllüdlü gimnastlar arasında fərqlənərək, həm çoxnövçülük, həm də topla yarışlarda fəxri kürsünün birinci pilləsinə yüksəlib. Hər iki gimnast yarışa ciddi hazırlaşdığını, əsas rəqiblərinin Rusiya, Ukrayna, Macarıstan və Belçika idmançılarının olduğunu deyiblər.




 
Bölməyə aid digər xəbərlər
16.11.2019
İsveç yığması da AVRO-2020-yə yüksəlib
16.11.2019
Azərbaycan Tokio Yay Olimpiya Oyunlarına 10-cu lisenziyanı qazanıb
16.11.2019
Avropa kuboku: “Odlar Yurdu” “Monte Karlo” ilə “sülh” bağlayıb
15.11.2019
Türkiyə millisinin sevinci - Video
15.11.2019
Avropa kuboku: “Odlar Yurdu” Sloveniya şahmatçılarına qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info