Brüsseldə “Avropada diaspora və media lobbiçiliyi” mövzusunda müzakirələr aparılıb
Tarix: 05.11.2019 | Saat: 14:22:00 | E-mail | Çapa göndər


Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə noyabrın 3-7-də Avropanın siyasi mərkəzi sayılan Brüssel şəhərində “Avropada diaspora və media lobbiçiliyi” layihəsinin icrasına başlayıb.
Layihə çərçivəsində noyabrın 4-də Belçika-Azərbaycan Dostluq Cəmiyyəti, Belçika Türkcə Media Birliyi və Gent Türk Ocaqlarının birgə təşkilatşılığı ilə “Turkse Unie Brüksel” mərkəzində “Azərbaycan və Avropa KİV-ləri arasında əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib.
Qeyd edək ki, konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə bölməsinin müdiri Qafar Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov, ATXƏM-in sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və “Hədəf Global” qrupunun rəhbəri, “Ustad” jurnalının baş redaktoru, dos.dr. Şəmil Sadiq də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi bildirib ki, artıq bir neçə ildir mütamadi olaraq Belçikada ATXƏM-lə birlikdə Azərbaycan həqiqətlərinin təbliği yönündə layihələr həyata keçirir, Xocalı soyqırımının Avropanın siyasi mərkəzlərində tanıdılması üçün vacib işlər görür: “Bu günkü layihəmiz də həmin layihələrin davamıdır və biz çalışırıq ki, Azərbaycan həqiqətlərinin təbliğində Avropadakı media qurumlarının da dəstəyini alaq, onları Dağlıq Qarabağ problemi ilə bağlı ətraflı məlumatlandıraq”.
Belçika Türkcə Media Birliyinin sədri Hüseyn Dönməz qeyd edib ki, təmsil etdiyi Birlikdə Belçikada fəaliyyət göstərən 20-ə yaxın media qurumu birləşib: “Üç il əvvəl biz Bakıda Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlıq protokolu da imzaladıq. Biz hər zaman Avropada Azərbaycanın səsi olmuşuq və bunu səylə davam etdirmişik. Ümid edirəm ki, biz bundan sonra da birgə fəaliyyətimizi genişlədib, qarşılıqlı media turlar təşkil etməklə layihələr həyata keçirəcəyik”.
ATXƏM-in sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov bildirib ki, Azərbaycan Respublikasının dəstəyi sayəsində ötən dövrlərdə Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılması, mədəni irsimizin xarici ölkələrdə təbliği, soydaşlarımızın hüquq və azadlığının qorunması ilə bağlı bir sıra layihələr həyata keçirilmişdir.Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi tərəfindən irəli sürülmüş layihələrdən biri olan və bu gün keçirdiyimiz konfrans da məhz Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Bu tədbiri keçirməkdə də əsas məqsədimiz Avropadakı media qurumları ilə bəzi məsələlərə aydınlıq gətirmək, bu işdə qarşıya çıxan çətinlikləri, maneələri birgə səylərlə aradan qaldırmağın yollarını müzakirə etməkdir”.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə bölməsinin müdiri Qafar Əliyev Azərbaycan həqiqətlərinin Avropada yayılmasında və KİV-lərlə əməkdaşlığın qurulması sahəsində diaspor təşkilatlarının rolundan danışıb: “Müasir dövrümüzdə bütün dövlətlərin və xalqların dünya miqyasında informasiya inqilabının, sosial şəbəkələrin, internetin təsiri altında fəaliyyət göstərdiyi və informasiya müharibəsində yaşadığı bəllidir. Bu baxımdan aydın həqiqətdir ki, daha çox informasiya yayan və informasiya vasitələrinə çıxışı olan xalqlar XXI əsrdə dünya tarixində başlayan yeni erada – “Texnotron erada” özünə yer tapa biləcək. Bu mənada Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə KİV-lərin köməyi ilə çatdırılması prosesində diaspor təşkilatlarının üzərinə çox məsul vəzifələr düşür”.
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxışında bildirib ki, bu gün Azərbaycan həqiqətlərinin dünyada təbliği olduqca mühüm məsələdir: “Bu, ölkəmiz müstəqilliyini əldə etdikdən sonra həmişə aktual vəzifə olub. Sadəcə müstəqilliyin ilk illərindən fərqli olaraq indi məsələyə yanaşma da fərqlidir. Əvvəllər biz özünümüzü Sovetlər Birliyinin dağılmasından sonra yaranmış respublika olaraq tanıtmaq, suveren dövlət kimi öz yolumuzun olduğunu göstərmək istəyirdik. Ümumən çalışırdıq ki, Azərbaycan adı hansısa xarici ölkədə səslənsin. Lakin illər keçdikcə məsələ daha qlobal xarakter daşımağa başladı. Biz dünyanın Azərbaycanı qarşı yanaşmasındakı mənfi meylləri dəyişmək üçün səfərbər olduq. Mənfi meylləri şərtləndirən cəhətlər nədir? Əlbəttə, ilk növbədə Dağlıq Qarabağ münaqişəsi vurğulanmalıdır. Ermənilər bu xüsusda bizim guya aqressor obrazımızı yaratmağa çalışdılar. Tarixdəki faktları təhrif etdilər”.
Azərbaycanın Avropa İttifaqı və Belçika Krallığındakı səfiri Fuad İsgəndərov bildirib ki, Azərbaycan diasporu ilə yanaşı, Avropada türk diaspor və media qurumları hər zaman Azərbaycan həqiqətlərinin təbliğində dəstək olub, çox vaxt vahid mövqedən çıxış ediblər: “Bu hal çox vaxt bəzi qüvvələrin xoşuna gəlməyib. Onlar Azərbaycanla Türkiyə arasındakı əlaqələri zəiflətməyə çalışıblar. Lakin ötən ay Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşü həmin qüvvələrə verilmiş ən gözəl cavab idi. Azərbaycan bir çox beynəlxalq təşkilatlara da sədrlik edir. Buyaxınlarda 130 ölkənin qatıldığı Qoşulmama hərəkatına üçillik sədrlik qazandı. Bu böyük bir platformadır. Biz bu cür platformlarda birgə fəaliyyətimizi davam etdirməliyik. Onun üçün həm də diaspor və media qurumlarının da əlaqəli və koordinasiyalı şəkildə çalışmasına ehtiyac vardır”.
Tədbirdə çıxış edən Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, Hollandiya Azərbaycan-Türk Dostluq Cəmiyyətinin sədri İlhan Aşkın, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Gent Türk Ocaklarının genel koordinatoru Recep Tuncer Sarı, İrak Türkmən Cəbhəsinin Avropa təmsilçisi Hasan Aydınlı, dos.dr Şəmil Sadiq, Safiyə Çinaltı, Nebahat Acar və b. diaspor təşkilatları ilə media qurumları arasında olan problemlərdən danışıblar. Qeyd olunub ki, Azərbaycan həqiqətlərinin təbliğində xarici media qurumları ilə intensiv işlərin aparılmasına zərurət vardır.
Yeri gəlmişkən, Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri, Azərbaycan həqiqətlərinin Avropada təbliği yönündə misilsiz fəaliyyəti olan Ayhan Dəmirçi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən "Azərbaycan xarici siyasət orqanlarının 100 illiyi Azərbaycan Respublikasının xatirə medalı" ilə təltif edildib. Tədbirdə medalı Ayhan Dəmirçiyə Azərbaycanın Avropa İttifaqı və Belçika Krallığındakı səfiri Fuad İsgəndərov təqdim edib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
05.12.2019
Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
05.12.2019
Səfir: Qazaxıstan Prezidenti Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir
05.12.2019
İranın yol və şəhərsalma nazirinin müavini Bakıya gəlir
05.12.2019
İran və Azərbaycan münasibətlərin inkişafı istiqamətində çoxlu müsbət addımlar atıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11398

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info