Əli Kərimli Əli İnsanova beyət edəcəkmi?
Tarix: 06.11.2019 | Saat: 11:11:00 | E-mail | Çapa göndər


Media eksperti müxalifətin dəyirmi masası barədə

Noyabrın 5-də Müsavat partiyası başqanının təşəbbüsü ilə partiyanın qərargahında siyasi partiya liderlərinin və siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirildi. Məlumdur ki, müxtəlif vaxtlarda belə formatları gündəmə gətirməklə müxalifətin birliyi görüntüsü yaratmaq cəhdlləri yeni qalmaqal, qarşılıqlı ittihamlar və nəticə etibarilə daha dərin parçalanma ilə nəticələnib. Bu dəfə isə başdan-ayağa korrupsiya və rüşvətxoşluq çamuruna bulaşmış keçmiş məhbus Əli İnsanovun "müxalifət birliyi"nə "pənah" gətirməsi cəmiyyətdə belə bir sual yaradır: Əli Kərimli Əli İnsanova beyət edəcəkmi?
Trend-in məlumatına görə, məsələni şərh edən Azərbaycan Mətbuat Şurasının sədr müavini, media eksperti Müşfiq Ələsgərli öncə sözügedən toplantıdakı "yer davasından" danışıb. Bildirib ki, əslində, kimsəni ağsaqqal seçə bilməmələrində bir haqq var:
"Çünki, bu masa ətrafında oturanların hər biri haqqında ən ağır, nalayiq ifadələri elə özləri səsləndiriblər. İndi kimə və hansı üzlə “beyət etsinlər”? Aralarında sözünü eşidəcəkləri, kritik anlarda ağsaqqal sayacaqları kimsə qalmayıb, özləri-özlərini hörmətsiz ediblər".
Onun sözlərinə görə, tədbir başlayan andan aralarında qeyri-səmimilik, perspektivsizlik özünü göstərdi:
"Arif Hacılı bu tədbirdə “Dəyirmi Masa iştirakçılarının əlifba sırasına uyğun olaraq çıxış edəcəklərini” bildirib. “Əlifba sırası” ifadəsi təsadüfən ortaya çıxmayıb. Deyirlər ki, tədbirdən öncə ən ciddi müzakirələrdən biri “kimin harada, hansı stolda” oturacağı üzərində olub. Kimsənin başda oturması yönündə kompromisə gələ bilməyiblər və yekunda dairəvi stol ətrafına toplaşmağa qərar veriblər. Bu təfəkkürlə nə əldə edəcəklər və ya cəmiyyətə nə fayda verəcəklər?".




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
YAP bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka çağırıb
05.12.2019
Elmar Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
05.12.2019
Səfir: Qazaxıstan Prezidenti Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir
05.12.2019
İranın yol və şəhərsalma nazirinin müavini Bakıya gəlir
05.12.2019
İran və Azərbaycan münasibətlərin inkişafı istiqamətində çoxlu müsbət addımlar atıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11398

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info