“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində “Ticarətin maliyyələşdirilməsi” mövzusunda təlim keçirilib
Tarix: 06.11.2019 | Saat: 13:27:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin və PAŞA Bankın təşkilatçılığı ilə “Ticarətin maliyyələşdirilməsi” mövzusunda maarifləndirici seminar keçirilib. Tədbir çərçivəsində ticarətin maliyyələşdirilməsində maliyyə alətlərinin rolu, təchizat zəncirinin maliyyələşdirilməsi, invosyların və alış sifarişinin maliyyələşməsi məhsulu və işləmə mexanizmləri, ekspress faktorinq məhsulu, tenderdə qalib olduqdan sonra tələb olunan qarantiyalar (icra, avans, maliyyə vəsaitlərinin saxlama qarantiyası), akkreditivlər, ixrac fəaliyyəti üçün nəzərdə tutulan ənənəvi kreditlər və s. haqqında sahibkarlara məlumat verilib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə Azərbaycanda xarici ticarət subyektlərinin nəzərdə tutulan mexanizmlərdən istifadəsinin daha da genişlənəcəyini vurğulayıb: “Ticarət-maliyyə alətləri dünya ticarət əməliyyatlarında 80%-ə yaxın paya malikdir. İnkişaf etmiş və yeni sənayeləşən ölkələrdə geniş tətbiq edilən, ticarət-maliyyə alətlərinin ölkəmizdə istifadəsi nisbətən azdır. Statistikaya müvafiq olaraq, Azərbaycanda akkreditiv, faktorinq və qarantiya kimi alətlərin geniş yayılmasına ehtiyac vardır. Bu məqamları nəzərə alaraq biz insanlarımızı, ixracatçılarımızı xəbərdar edirik və bununla kifayətlənməyərək, detallı istifadəsi üçün maarifləndirici tədbirlər görürük.” Seminarda PAŞA Bankın nümayəndələri Nərmin İbadullayeva, Xanım Rüstəmova, Ülviyyə Nəbiyeva, Pərvin Səlimov və Azad Bağırzadə sahibkarlıq subyektlərinə ixrac-idxalı dəstəkləyəcək alətlər haqqında geniş məlumat veriblər. Azərbaycanın aparıcı şirkətlərinin nümayəndələri, sahibkarlar təşkilatları tədbirdə fəal iştirak edib. Bildirilib ki, PAŞA Bank tərəfindən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixracı həyata keçirən sahibkarlara xüsusi güzəştlər tətbiq olunacaq.

Anar




 
Bölməyə aid digər xəbərlər
23.11.2019
İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi mövzusunda elmi-praktiki konfrans keçirilib
22.11.2019
Azərbaycan Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlığa qoşulur
22.11.2019
“Cabmin.gov.az”: Baş Nazir Əli Əsədov Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb
22.11.2019
KOB-ların Beynəlxalq Pərakəndə Sərgisində iştirakına dəstək göstərilib
22.11.2019
Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzi yaradılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info