Salyana vəsait ayrıldı
Tarix: 07.09.2013 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Prezident Salyan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsi sahəsində son 10 ildə Salyan rayonunda bir sıra mühüm infrastruktur layihələri həyata keçirilib, əsas kapitala yönəlmiş investisiya 58,6 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 111,8 dəfə artıb. Müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi tikilib, Mərkəzi rayon Xəstəxanası yenidən qurulub, təhsil, mədəniyyət və digər sosial yönümlü obyektlər istifadəyə verilib, yeni istehsal və emal müəssisələri açılmış, 28 kənddə sutəmizləyici qurğular quraşdırılıb, avtomobil yolları çəkilmiş, parklar salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. Salyan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Salyan Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb. Digər sərəncamla Salyan rayonunda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün Prezidentin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə ilkin olaraq 2 milyon manat, o cümlədən 6 min nəfərdən artıq əhalinin yaşadığı “Babazanan” yaşayış sahəsindən rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldacaq Kür çayı üzərində körpünün tikintisinə 1 milyon manat, Salyan-Şirvan avtomobil yolunun yenidən qurulmasına 1 milyon manat ayrılıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info