Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər ərazisində səyyar görüş-qəbulu
Tarix: 06.11.2019 | Saat: 13:30:00 | E-mail | Çapa göndər


6 noyabr 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Masallı şəhər ərazisində keçirilmişdir. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin 300-ə yaxın şəhər sakini iştirak etmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
Rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, Masallı şəhəri ildən-ilə böyüyür, gözəlləşir.
Ölkədə, rayonda həyata keçirilən abadlıq - quruculuq işləri, 26332 nəfər əhalisi olan bu ərazidə də öz əksini tapır. Buna baxmayaraq biz yenə də əhalinin təklif və müraciətləri ilə tanış olmaq üçün RİH-də, ərazilərdə görüş-qəbullar keçirir, şəxsi evlərdə olur, insanların problemlərini öyrənir və onlara bilavasitə kömək göstərməyə çalışırıq. Ölkə rəhbərinin bu tapşırığı mütəmadi yerinə yetirilir. Görürük ki, cənab Prezident xalqın rifahı üçün səylə çalışır, ölkənin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün var gücünü sərf edir. Təkcə cari ildə xalqın rifahının yaxşılaşdırılması üçün 20-yə yaxın Sərəncam imzalayıb ki, bu da insanların rahat yaşamasına gətirib çıxarıb. Təkcə Masallıda 45 mindən çox adam bu sərəncamlardan yararlanır. Masallıda bir çox infrastruktur layihələr həyata keçirilib. Qazlaşdırmada, yaşayış məntəqələrinin SİP kabelləşməsində əsaslı işlər görülür. Masallıda kəndlərin 97 faizi qazlaşdırılıb. Yolların asfaltlaşdırılması da rayon sakinlərinin fərəhinə səbəb olur. Kənd təsərrüfatı inkişaf edir. Kəndçilər artıq torpağa qayıdır. Bu da təzə iş yerlərinin yaranmasına səbəb olur. Əkinlərin suvarılmasındakı çətinlik həllini tapmaqdadır. Bunun üçün Viləşçay su dəryaçasının ikinci növbəsinin tikintisinə hazırlıq işləri gedir. Kəndlərdə mövcud sututarlar cənab Prezidentin Sərəncamı ilə təmir olunur.
Sonra rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Şəhər sakinlərindən Vaqif Əliyev, Rafiq Baxşıyev, Mirtağı Tağıyev, Zəkəriyyə Məmmədov, Rafiq Səfərov, Ələşrəf Niftiyev və başqaları təzə məhəllələrdə yollara çınqıl döşənməsi, məktəb təmiri, su-kanalizasiya sistemin layihələşdirilməsi, yolların təmiri, qaz sayğacının qurulması, məişət tullantılarının yolların kənarına tökülməsi və sair məsələləri gündəmə gətirmişlər. Çıxış edənlər sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, qaz və işıqla fasiləsiz təmin olunmalarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər YENİLƏNİB
11.11.2019
Prezident və Mehriban Əliyeva Xətaidə ağacəkmə aksiyasında YENİLƏNƏCƏK
11.11.2019
Oğuz rayonunda 15 bələdiyyəyə 137 üzv seçiləcək
11.11.2019
Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
10.11.2019
Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info