“Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub
Tarix: 06.11.2019 | Saat: 13:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub.
Tədbirdə çıxış edən Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən ölkədə və AMEA-da müxtəlif tədbirlər keçirildiyini diqqətə çatdırıb. İsa Həbibbəyli bildirib ki, Azərbaycan ədəbiyyatında böyük demokrat yazıçı və ictimai xadim kimi şöhrət qazanmış Cəlil Məmmədquluzadə XIX əsrin ikinci yarısından sonra canlanmağa başlayan maarifçilik ənənələri və dövrün mühüm elm və maarif mərkəzlərindən olan məşhur Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası zəminində yetişib. O, Azərbaycanda tənqidi-realist satirik ədəbiyyatın görkəmli yaradıcısıdır. C.Məmmədquluzadə özündən əvvəl ədəbiyyatda mövcud olmuş maarifçi realist ənənələri tənqidi realizm səviyyəsinə qaldırıb. Görkəmli ədib Azərbaycan ədəbiyyatında tənqidi realizm ədəbi cərəyanının banisi, “Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcısı və milli istiqlal hərəkatının əsas simalarından biri kimi şöhrət qazanıb. O, Azərbaycanda yeni tipli realist-satirik ədəbiyyatın və demokratik mətbuatın əsasını qoyub.
Akademik təqdim olunan kitabın böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə Ədəbiyyat İnstitutunun dissertantı Elxan Nəcəfov tərəfindən tərtib edildiyini söyləyib. Diqqətə çatdırıb ki, nəşrdə ötən əsrin 60-70-ci illərindən bəri müəyyən kitablarda, qəzetlərdə, jurnallarda, saytlarda və digər elektron resurslarda Cəlil Məmmədquluzadə haqqında dərc edilmiş məqalələr, esselər, müsahibələr və şeirlər toplanıb. Kitabda Azərbaycan Respublikası Prezidentinin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı, ümummilli lider Heydər Əliyevin böyük ədibin 125 illik yubiley tədbirindəki nitqi, 93 məqalə, 13 esse, 8 müsahibə, 8 şairin yaradıcılığına aid 30 şeir yer alıb. Bu nəşr Cəlil Məmmədquluzadəyə həsr olunan məqalələrdən və yazıçının müasirlərinin xatirələrindən ibarət olan, 1967-ci ildə professor Abbas Zamanovun elmi redaktorluğu ilə çap edilmiş “Məqalələr və xatirələr” kitabının davamı olaraq onu tamamlayan əhəmiyyətli bir mənbədir. Həmçinin Cəlil Məmmədquluzadəşünaslığın son yarım əsrdəki mənzərəsini geniş təsəvvür etməyə imkan yaradan qiymətli kitabdır.
Sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı, kitabın tərtibçisi Elxan Nəcəfov məruzə ilə çıxış edib. Bildirib ki, yeni nəşrdə Cəlil Məmmədquluzadə haqqında böyük ədibin 100 illik yubileyindən sonra meydana çıxan məqalələr, esselər və şeirlər toplanıb. Kitabda 52 müəllifin 78 məqaləsi yer alıb. Nəşrin baş redaktoru akademik İsa Həbibbəyli, elmi redaktoru professor Asif Rüstəmli, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov, rəyçiləri AMEA-nın müxbir üzvü Tehran Mustafayev və dosent Şəmil Sadiqdir. Tədbirdə Xalq yazıçısı Anar, akademik Muxtar İmanov, professorlar Cahangir Məmmədli, Təyyar Salamoğlu, AMEA-nın müxbir üzvü Tehran Mustafayev və digər çıxış edənlər “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabı haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, bu nəşr Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə mühüm elmi-ədəbi töhfədir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11.12.2019
Bakı Ali Neft Məktəbi “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb
11.12.2019
5 ümumtəhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb
11.12.2019
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
10.12.2019
AMEA-da “Heydər Əliyev: Ümummilli Lider, zaman və müasir dövr” mövzusunda konfrans keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info