Səbaildə abituriyentlərin 927 nəfəri tələbə adını qazanıb
Tarix: 07.09.2013 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzində olub.
Rayonda 5 ali, 18 orta və 20 məktəbəqədər təhsil müəssisəsi mövcuddur. 6 saylı tam orta məktəbdə keçirilən Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniştərkibli iclasında rayonda keçən tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunub. Toplantıda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən təhsilə olan diqqət və qayğıdan danışıb. A.Əsgərov bildirib ki, rayonda təhsilin səviyyəsi və təhsil müəssisələrinin vəziyyətinə RİH tərəfindən ciddi fikir verilir. Yay aylarında təhsil müəssisələrində əsaslı və cari təmirlər aparılıb, məktəblər lazımi avadanlıq və vəsaitlərlə təmin olunub. Qeyd olunub ki, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nda Səbail rayonuna 8 orta, 1 peşə məktəbinin, 2 uşaq bağçasının, 1 Uşaq yaradıcılıq Mərkəzi və Texniki Yaradıcılıq Birliyinin əsaslı təmiri, 1 orta məktəb üçün yeni akt və idman zallarının tikintisi nəzərdə tutulub. 2011-və 2012-ci illər ərzində sərəncamda Səbail təhsili ilə bağlı bütün bəndlər icra olunub, əlavə olaraq ölkə başçısının sərəncamına uyğun olaraq Badamdar qəsəbəsində 880 şagird yerlik 329 saylı orta məktəb və 120 yerlik uşaq bağçası tikilib. Həmçinin 49 saylı «İntellekt» lisey üçün 660 şagird yerlik əlavə tədris korpusu tikilib. Cari ilin yay aylarında Dövlət Proqramının əlavə Tədbirlər Planına əsasən 900 nəfər şagirdin təhsil aldığı 7 saylı pilot məktəbi və 1900 şagirdin təhsil aldığı 163 saylı orta məktəbin binaları, 190 saylı orta məktəbin akt və idman zalı tam əsaslı təmir olunub. Məktəblər bütün lazımi avadanlıq və dərs vəsaiti ilə təchiz olunub. Həmçinin Bibiheybət qəsəbəsindəki 70 saylı uşaq bağçasının əsaslı təmiri və bağça üçün əlavə musiqi zalı və 3 otağının tikintisi başa çatdırılıb. Cari ilin yay aylarında Badamdar qəsəbəsindəki 136 saylı körpələr evi-uşaq bağçasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub və hazırda son tamamlama işləri gedir. Bağça hər cür lazımi avadanlıq və ləvazimatlarla təchiz olunub, buraya yeni kommunikasiya və istilik xətləri çəkilib, həmçinin bağçanın yanında, T.Məmmədov küçəsi 2 ünvanda yerləşən yaşayış binası və həyət də əsaslı təmir olunub.
Tədbirdə görülən işlərlə yanaşı, keçən tədris ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılıb. Belə ki, 2012-2013-cü tədris ilində rayonun orta məktəblərini 1458 nəfər bitirib, onlardan 1279 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Abituriyentlərin 927 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 121 nəfəri 500-dən yuxarı, 35 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlarından 88 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub.
Ölkə başçısının «2012/2013-cü tədris ilində keçirilmiş «Ən yaxşı ümumtəhsil müəssisəsi» müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında» sərəncamına görə, Səbail rayonu 6 saylı tam orta məktəb və 160 saylı Klassik Gimnaziya artıq ikici dəfədir ki, qaliblər sırasındadır. Artıq 6-cı ildir ki, keçirilən bu müsabiqədə rayonun 18 orta məktəbinin 12-si qaliblər sırasında olub. Bu il keçirilən «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri arasında isə rayonun 6 nəfər müəllimi olub, müsabiqənin keçirildiyi 6 il ərzində Səbail rayon məktəblərinində çalışan müəllimlərdən 52 nəfər «Ən yaxşı müəllim» adına layiq görülüb. 2012-2013-cü təhsil ilinin yekununa görə, 19 məzun qızıl medala layiq görülüb. Tədbirdə çıxış edən 6 saylı tam orta məktəbin direktoru, Əməkdar müəllim Gülşən Orucova, 686 bal toplayaraq tələbə adını qazanmış Günel Vəlişova və digər çıxışçılar təhsil müəssisələrində yaradılan şəraitə və təhsilə göstərdikləri diqqət və qayğıya görə, ölkə başçısına və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər. Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid və aztəminatlı ailələrdən olan 100 uşağa məktəbli forması hədiyyə olunub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info