Məhkumlara kitab və bukletlər paylanılıb
Tarix: 06.11.2019 | Saat: 14:08:00 | E-mail | Çapa göndər


"Rezonans" Gənclərin İctimаi Birliyinin Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi "Məhkum olunmuş gənclərin sosial adaptasiya və peşə hazırlığı işlərinə yardım" layihəsi çərçivəsində 5-6 noyabr 2019-cu il tarixlərində 4 saylı CÇM-də (Bakı ş.) tədbir keçirilmişdir. Tədbirdə təşkilatın sədri Turqut Abbasbəyli giriş sözü ilə çıxış edərək, layihənin məramı barədə məlumat vermişdir, daha sonra ekspertlər mövzu ilə əlaqədar məruzə etmiş, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat vermişlər. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır. Tədbirdə layihə çərçivəsində hazırlanmış kitablar və bukletlər paylanmış və kitabxanaya hədiyyə edilmişdir. Layihə məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma vəziyyətinin yaxşılaşdırılmasını, sağlamlığın qorunması və onların reabilitasiyası və gələcəkdə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır. İkinci istiqamət isə artıq azadlığa çıxdıqdan sonra məhkumların cəmiyyətdə qayıdışı ilə problemlərin həlli, normal həyata adaptasiyası, peşə hazırlığını аsаnlаşdırmаğı nəzərdə tutur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər YENİLƏNİB
11.11.2019
Prezident və Mehriban Əliyeva Xətaidə ağacəkmə aksiyasında YENİLƏNƏCƏK
11.11.2019
Oğuz rayonunda 15 bələdiyyəyə 137 üzv seçiləcək
11.11.2019
Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
10.11.2019
Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info