Bundan sonra Əli Kərimlinin müalicəsi ilə Əli İnsanovun özü məşğul olacaq
Tarix: 06.11.2019 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


Altay Göyüşov: “Bu toplantının adını faciəmizin dəyirmi masası da qoymaq olar”


Məlum olduğu kimi, bir qrup müxalifət rəhbəri noyabrın 5-də dəyirmi masa keçirərək Müsavat Partiyasının qərargahında bir araya gəldi. Əslində bu, bir araya gəlməkdən çox məcburi, əlacsız şəkildə, hansısa maraqlar naminə bir masa arxasında oturmağa bənzəyirdi. Çünki dəfələrlə olub ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası(AXCP) və Müsavat eyni birlik və ya təşkilatda təmsil olunsalar da sonda hər iki partiyanın rəhbəri şəxsi ambisiyalarını önə çəkərək intriqaları dərinləşdirib, düşmən kimi o birlikdən ayrılıb. Budəfəki dəyirmi masada isə ən çox diqqət çəkən məqam Əli İnsanovun da bu “həmrəy”liyə öz töhfəsini verməsi oldu.
Məlumdur ki, müxalifət rəhbərləri heç vaxt bu adamı xoşlamayıblar, hətta Əli İnsanovun İsa Qəmbər haqqında bir neçə xoşagəlməz ifadəsi və çağırışı da vardı. İndi isə hər iki şəxsin yanaşı oturaraq, guya mehriban dost görüntüsü yaratmaq cəhdi ictimaiyyəti aldatmaqdan başqa bir şey deyildi. Maraqlıdır ki, Əli Kərimli və İsa Qəmbərin də Əli İnsanovla eyni masada oturub “dərdləşməsi” elə müxalifət daxilindən də ciddi qınaq və ironiya ilə qarşılandı. Məsələn, Amerikada yaşayan Əli Kərimlinin mediada təbliğatçısı rolunda çıxış edən Sevinc Osmanqızı dünən bununla bağlı öz mövqeyini gizlətmədi. O, AXCP rəhbərini öz verilişində qonaq edərkən aşkar şəkildə narazılığını bildirdi ki, bu cür formatda təşkil olunmuş “dəyirmi masa”nın tərəfdarı deyil. Sevinc Osmanqızı Əli Kərimliyə irad tutdu ki, niyə o, həmin “dəyirmi masa”da iştirak etdi!?
Bundan başqa, Altay Göyüşov da sosial şəbəkələrdə bu mövzunu müzakirəyə çıxarıb. O, özünün “Facebook”dakı profilində bununla bağlı status yazıb . Altay Göyüşov “dəyirmi masa”nın şəklini paylaşaraq tikanlı sözlərlə dolu fikirlər səsləndirib. O yazıb: “Klassik fotodur. Adını faciəmizin dəyirmi masası da qoymaq olar. Əli İnsanov bunlara yaraşır, bunlar da Əli İnsanova”. Daha sonra o gülüş naminə qeyd edib ki, fotodakılar çoxdan pensiya yaşına çatıblar, sadəcə onlara xəbər eləmək lazımdır. Tanınmış müsavatçılardan olan jurnalist Şəmşad Ağa da ironiyalı status yazaraq, müxalifətin “dəyirmi masa”sına söz atıb. Ümumiyyətlə, bu və ya bundan da ağır ifadələrlə yazılmış onlarla status və şərhləri nümunə göstərmək olar ki, nə Mehman Əliyev, nə Arif Hacılı, nə İsa Qəmbər, nə də Əli Kərimli ilə Pənah Hüseyn Əli İnsanovu özlərinə boşuna “ağsaqqal” seçmədilər. Hələ çoxdan unudulmuş Hikmət Hacıyevin də bu toplantıda peyda olması lap gülünc doğurdu. Ümumiyyətlə, ilin- günün bu vaxtı kimə lazım idi ki, vaxtilə ən ağır sözlərlə təhqir edib, “korrupsioner” və s. adlandırdıqları iqtidar adamını indi az qala lider kimi başda oturdalar? Səhiyyə ilə siyasəti səhv salan birinin türmədən çıxandan sonra ilk müsahibəsində ermənicə xalq misalından sitat gətirməsi bu adamlara xoş gəlib, yoxsa Qərb dəyərlərini daha çox önə çəkməsi? Bəlkə burunlarına yeni böyük maliyyə yardımları, qrantların qoxusu dəyib? Kim bilir, bəlkə də bu yaxınlarda mitinqdə, guya ağır xəsarət alaraq həyatı təhlükəyə atıldığını deyib, dünyaya bağıran, az qala yarası haqqında sənədli film çəkən AXCP rəhbəri öz “müalicəsini” Əli İnsanova həvalə edib, xəbərimiz yoxdur? Əslində isə AXCP-nin də Müsavatın da, ümumilikdə, bütün radikal müxalifətçilərin “müalicəyə” ehtiyacı var. Amma bu, o müalicədən deyil, Əli İnsanovun məşğul olduğu tibbi müalicə ilə siyasi bərpa və dirçəlməni, ayaqda qalmanı, sözün məcazi mənasında, müalicə almanı səhv salıblar.
Yeri gəlmişkən, bir məqamı da deyək ki, vaxtilə az qala Rüstəm İbrahimbəyovu özünə əbədi lider seçən Mehman Əliyevin də o dəyirmi masada iştirak edib, bu dəfə İbrahimbəyova deyil, İnsanova beyət etdiyini aşkar göstərməsi də sosial şəbəkələrdə ciddi qınaqla qarşılanıb. Bilmək olmaz, bəlkə də yeni birliyin “baş mollası” yenə də Mehman Əliyev olacaq. Hər şey mümkündür, müxalifət rəhbərlərinin, ilan qabıq dəyişən kimi, tez-tez qabıq dəyişib cilddən-cildə girməsinə çoxdan alışmışıq. Görünən odur ki, Əli İnsanov yığdığı sərvətləri siyasətçi kimi xərcləməyi planlaşdırılır, bu işdə isə ona həmin dəyirmi masada poza verən “qoca qurdlar” da dəstək verməyə hazırdırlar. Amma heç bir ciddi sosial bazası, xalqdan ciddi dəstəyi olmayan müxalifət rəhbərləri də xamxəyal olmasınlar. İndi Azərbaycan cəmiyyətində nə Əli İnsanovun nə də o toplantıda olan heç bir siyasətçinin nüfuzu yoxdur. Arzu və xəyallarınız kimi, dəyirmi masalarınız da puç olacaq...

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Azərbaycan XİN Ukraynaya başsağlığı verib
08.12.2019
Azərbaycan Ermənistanla bağlı BMT-yə növbəti dəfə müraciət etdi
08.12.2019
“Münaqişənin bu variantda həlli…”
07.12.2019
İran Azərbaycanla peyk istehsalı sahəsində əməkdaşlıq etmək istəyir
05.12.2019
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info