AGAT-ın vitse-prezidenti təyin olundu
Tarix: 06.11.2019 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


Noyabrın 6-da Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının növbəti Ümumi Yığıncağı keçirilib. İclasda təşkilatın fəaliyyəti və gələcək prespektivləri ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra AGAT-ın vitse-prezidenti seçilib. Ümumi Yığıncağın yekdil qərarı ilə Fatima İsgəndərova bu posta layiq görülüb.
Fatimə İsgəndərova AGAT-ın ictimai, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanaraq, dövlətçilik ənənələrini daim uca tutduğunu qeyd edib. Ona göstərilən etimadı doğruldaçağını, Azərbaycan həqiqətlərinin dünya icimayyətinə çatdırılması istiqamətində əzmlə çalışacağını və ölkəmizi beynəlxalq tədbirlərdə layiqincə təmsil edəcəyini bildirib.
AGAT-ın yeni vitse-prezidenti Fatima İsgəndərova Azərbaycan Dillər Universitetinin məzunudur. O, Excellence Training Center JLT, Dubai General English, Baku American Center, Reading Circle beynəlxalq sertifkatlarına layiq görülüb.
Fatima İsgəndərova 2015-ci ildən AGAT-ın üzvüdür. Təşkilatın Faundreyzinq şöbəsinin rəhbəridir. Bundan başqa o, AGAT-ın layihəsi olan Etika Akademiyasında ingilis dilini tədris edir.
Xatırladaq ki, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı İctimai Birliyi 05 may, 2007-ci il tarixində təsis edilmişdir və 03 iyul, 2007-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir.
Birliyin əsas məqsədi Azərbaycan və Avropa ölkələri arasında təməli qoyulmuş elmi-mədəni və sosial-ictimai münasibətlərin gənc nəslin iştirakı ilə ikitərəfli əməkdaşlıq çərçivəsində daha da inkişaf etdirilməsinə nail olmaq, Avropa təşkilatlarının strukturu və fəaliyyəti haqqında maarifləndirmə işi aparmaq və gənclərimizin Avropa təşkilatlarının təqdim etdiyi proqram və layihələrdə fəal təmsil və iştirak etmələrinə yaxından köməklik göstərməkdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada Xəzəryanı ölkələrin media platforması yaradılıb
20.11.2019
Dini turizm haqqında ilk nəşr
20.11.2019
Yeni Azərbaycan Partiyası mübarizələrlə dolu şərəfli yol keçib
20.11.2019
Şeyxülislam ABŞ səfiri ilə görüşdə ermənilərin dini liderinin razılaşmalara əməl etmədiyini bəyan edib
20.11.2019
Dövlət Gömrük Komitəsi və KİVDF birgə fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info