Müsavat və AXCP “milli şura”nı dağıdırlar
Tarix: 07.09.2013 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Qurumda təkcə ikisi qalmışdı, indi onlar da bir-birini qırırlar

“Milli şura”da təmsil olunan Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasının son vaxtlar qurumda hegemonluq etməsi və əsas siyasi prosesləri ələ alıb idarəçiliyə çalışması bu qurumda ciddi narazılıqlara səbəb olmuşdu. Buna etiraz edən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu və Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev də aşkar şəkildə bildiriblər ki, bu qurumda sözügedən partiyalar artıq ayrı-seçkilik edərək birliyi parçalamağa çalışırlar.

Ən maraqlısı isə odur ki, bir növ birləşərək “milli şura”da digər partiyaları ikinci plana keçirən AXCP və Müsavat indi də yenidən öz arasında siyasi qırğına qalxıb. Belə ki, bu dava özünü hər iki partiyanın mətbu orqanı rəhbərlərinin bir-birinə ittihamlar səsləndirməsi ilə daha çox göstərir.
Maraq üçün bildirək ki, hər şey bir açıqlama ilə alovlanıb. “Bunu qəsdən mənim ünvanıma deyənin o dünyasına da lənət, bu dünyasına da”. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ACP, ALP və “El” Hərəkatının son günlərdə “milli şura” daxilindəki fəaliyyətlərini qiymətləndirərkən həmin partiyaları sabotajda və quruma qarşı antitəbliğat aparmaqda ittiham edib. R.Arifoğlu bu ittihamlarını son günlərdə “milli şura” daxilində baş verənlərlə əsaslandırıb.
Bundan sonra isə “Azadlıq” qəzetində həmin üç partiyanın üzvləri tərəfindən R.Arifoğlunun ünvanına sərt fikirlər səsləndirildi. R.Arifoğlu isə ona qarşı aparılan qərəazli mövqedən və onun fikirlərinin “Azadlıq” qəzeti tərəfindən öyrənilməməsinindən narazıdır.
Rauf Arifoğlu açıqlamasında “Azadlıq” qəzetində onun haqqında yazılanları şərh edib: “Mənim üçün heyrətamiz məqam ondan ibarətdir ki, mən nə “milli şura”nın üzvüyəm, nə də bir partiyanın lideriyəm. Mən “Yeni Müsavat” qəzetinin baş redaktoru və köşə yazarıyam. Qəzetdə həmin yazı dərc olunmayıb. Qəzetin internet versiyasında sadəcə olaraq öz fikirlərimi bölüşmüşəm. Həmin yazıda göstərmişəm ki, müxalifət üçün unikal şans yaranıb, amma belə bir məqamda ACP, ALP və “El” hərəkatı “milli şura”nın antitəbliğatını aparırlar, onu boykot və sabotaj edirlər. Bu yazdıqlarım da faktlara əsaslanır. Son günlər baş verənləri hamı bilir. Qeyd etmişəm ki, belə bir unikal vəziyyət yarandığı halda “milli şura” bu üç partiya ilə vidalaşmaq qətiyyətinə hazır olmalıdır. Bundan yumşaq, bundan etik necə deməli idim?! Bunlar sabotoj edirlər, “milli şura”nı boykot edirlər. Cəmil Həsənlinin ilk dəfə vahid namizəd olaraq qatıldığı sessiyanı boykot etmək nə deməkdir?! Rəsul Quliyev bundan əvvəl bəyanat verir ki, Cəmil Həsənli 0.002 faiz səs yığa bilməz, onun namizədliyini vermək düz deyil. Bu, nə deməkdir? ALP sessiyanı boykot edir. Mətbuata məlumat ötürülür ki, iclasa sədrliyi Əvəz Temirxan etməli idi, amma Əli Kərimli edib. Bunlar nə deməkdir axı?”
R.Arifoğlu “Yeni Müsavat” qəzetində Rüstəm İbrahimbəyov haqqında tənqidi fikirlərin dərc edilməsinə etiraz edənlərə cavab olaraq sosial şəbəkələrdə qeyd edib ki, bu fikirləri səsləndirmək demokratiya mədəniyyətinin olmamasından ibarətdir: “Bəzi insanlar elə hesab edirlər ki, demokratiya onların düşündüyü kimidir. Amma bu belə deyil. Demokratiya fikir plüralizmidir. Qəzetimizin bir səhifəsində İbrahimbəyovun müsahibəsi, bir səhifəsində onun tənqidi, digər səhifəsində də xidmətləri qeyd olunur. Fikir plüralizmi çox olarsa, bu, demokratiyanın özüdür. Belə bir fərqli fikir söyləyən, yazan bir adamı tənqid hədəfinə çıxarmaq, təhqir elətdirmək, onu iqtidara işləməkdə ittiham elətdirmək düzgün deyil. İqtidara işləyənin bu dünyasına da, o dünyasına da öz payına lənət olsun. Bunu qəsdən mənim ünvanıma deyənin də o dünyasına da, bu dünyasına da lənət olsun. Rüstəm İbrahimbəyovun onunla bağlı yazdıqlarımızdan heç vaxt narazılığı olmayıb. Bu gün isə söhbət Cəmil Həsənliyə olan münasibətdən gedir. Vahid namizədə münasibət necədirsə, o münasibətdən çıxış edib qarşıdakılara qiymət vermək lazımdır. Cəmil Həsənli də “Yeni Müsavat”ın ona verdiyi dəstəyi, kampaniyanı dilə gətirir, təşəkkür edir”.
“Azadlıq” qəzetinin ona qarşı qərəzli mövqeyi ilə bağlı Əli Kərimlinin ilə bir neçə dəfə danışdığını deyən R.Arifoğlu qəzetin bu səhvini düzəldəcəyinə inandığını söylədi: “Bu məsələlərlə bağlı Əli Kərimli ilə danışıqlarım olub. Demişəm ki, haqqımda nə yazırlarsa, yazsınlar, amma mənim də fikirlərimə yer versinlər. Bu gün də Əli Kərimliyə mesaj yazmışam ki, bu qəzet məni niyə hədəfə çıxarır və təhqir elətdirir. Məni 3 nəfər təhqir edib. Amma niyə mənim cavab haqqım yoxdur? “KİV haqqında” qanuna görə, jurnalist əli çatdığı qədər qarşı tərəfin də fikrini öyrənməlidir. Əli Kərimli də mənə cavab yazdı ki, qəzetdəki dostlara deyərəm, bununla bağlı səndən fikir alarlar. Mən gözləyirəm ki, qəzet bu səhvi düzəldəcək”.
Qeyd edək ki, “Azadlıq” qəzeti tez-tez Arifoğlunu ittiham edən şəxslərin fikirlərinə də yer ayırır. Bu cür şəxslər “milli şura”da Müsavata qarşı duran “El”, ACP, ALP kimi qurumların nümayəndələridir. Ümumiyyətlə, tərəflər bir-birilərinə qarşı tez-tez bu üsuldan yararlanırlar ki, bu da aranı daha da qarışdırır.
“Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev də Rauf Arifoğlunun ittihamlarına cavab verib. Rahim Hacıyev açıqlamasında bildirib ki, Rauf Arifoğlu yazısında çox ağır bir ittihamla çıxış edib: “Şübhəsiz ki, bu, həmin adamları dəhşətli dərəcədə narahat edən ittihamdır. Onlar da “Azadlıq” qəzetində öz münasibətlərini bildiriblər. Yəni onlar ittihamlara cavab veriblər. Rauf Arifoğlu elə yazı ilə çıxış etməsəydi və kimlərsə onunla bağlı nəsə fikir desəydi, o halda zərurət yaranardı ki, onun fikri öyrənilsin. Məsələ yalnız bundan ibarətdir. Rauf bəy artıq adamlara qarşı mövqeyini ortaya qoyub”.
İki qəzet arasında tez-tez baş verən bu cür mübahisələrə də aydınlıq gətirən Rahim Hacıyev bildirib ki, bu, metodoloji cəhətdən səhv yanaşmadır: “Siz bunu “Yeni Müsavat” və “Azadlıq” müstəvisinə qaldırırsınız. Rauf Arifoğlu adamlara qarşı ittiham irəli sürüb. Onlar da cavab veriblər. Bu, Rauf Arifoğlu ilə o adamların arasında olan məsələdir. Dəfələrlə hansısa məsələlərlə bağlı Rauf Arifoğluya irad olunubsa, onun da mövqeyi olub. “Milli şura” ilə bağlı yazılara “Psixapatiya”, “Raxit təşkilat” adları qoyulub.Bu da aydındır ki, adamlarda ciddi aqressiya yaradır”.
Beləliklə, həmişə funksionerlər səviyyəsində olan bu didişmələrini indi mətbu orqanlarının rəhbərləri səviyyəsində ortaya qoyan hər iki partiya liderləri seçkiyə qısa müddətin qaldığı bir vaxtda ortalığa atdıqları öz adamlarını geri çəkməmələri də maraq doğurur. Görünür, hələ açılacaq çox sirr var ki, bunun üçün də iki partiya arasında gedən söz davası davam edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info