Bu il ali məktəblərdə ən çox vakant yerlər qalan ixtisaslar açıqlanıb
Tarix: 07.09.2013 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, ali məktəblər üzrə vakant yerlər qalan ixtisasları açıqlandı.
TQDK-nın şöbə müdiri Natiq Əliyev keçirdiyi mətbuat konfransında bildirdi ki, boş yerlər əsasən özəl ali məktəblərdə və regional universitetlərin 4-cü qrup üzrə texnoloji ixtisaslarında qalıb. N.Əliyev qeyd etdi ki, bu il regional universitetlərin 4-cü qrup üzrə texnoloji ixtisaslarda müsabiqə şərtini ödəyən namizədlər olmayıb: “Artıq vakant yerlər elan olunub və müsabiqədən keçməyənlər üçün əlavə imkanlar yaradılıb. Bununla da ali təhsil müəssisələrinə 2013-2014-cü tədris ili üzrə qəbul başa çatıb”. Qeyd edək ki, 2013/2014-cü tədris ili üzrə ali təhsil müəssisələrinə 33 798 nəfər qəbul olub. Ayrılmış müddət ərzində 32 701 nəfər (96,75%) qeydiyyatdan keçib. Bu il ali məktəblərin boş qalan plan yerlərinə 938 nəfər qəbul olmuşdu və ayrılan müddət ərzində onların 732 nəfəri (78%) qeydiyyatdan keçib. Tam orta təhsil bazasında (11 ilik) orta ixtisas təhsili müəssisələrinə isə 8243 nəfər qəbul olub. Onlardan 7248 nəfəri (87,93%) ayrılmış müddət ərzində daxil olduqları təhsil müəssisəsində qeydiyyatdan keçib.

TQDK buraxılış və qəbul
imtahanlarının birləşdirilməsini məqsədəuyğun hesab etmir
N.Əliyev onu da bildirdi ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərdə buraxılış və ali məktəblərə qəbul imtahanlarının birləşdirilməsini məqsədəuyğun hesab etmir. Onun sözlərinə görə, ola bilər ki, buraxılış imtahanlarına düşən fənlərin nəticələri qəbul imtahanında nəzərə alınsın və ali məktəblərə qəbul imtahanında fənlərin sayı azaldılsın: “Hər bir imtahanın öz məqsədi var. Bir var attestasiya üçün, bir də var, seçim üçün imtahan aparılır. Buraxılış imtahanı attestasiya imtahanıdır və burada hər kəs iştirak edib, tam orta təhsili bitirdiyini sübut edir. Buraxılış imtahanının məqsədi budur. Qəbul imtahanlarında isə məqsəd odur ki, imtahan verən abituriyentlərin içərisindən seçim olunsun. Ona görə də bu imtahanlarının birləşdirilməsini məqsədəuyğun hesab etmirik”. Şöbə müdiri qeyd etdi ki, bəzən TQDK-ya buraxılış və qəbul imtahanlarını birlikdə keçirən Qazaxıstanın təcrübəsi nümunə kimi göstərilir: “Amma Qazaxıstanda da buraxılış və qəbul imtahanlarını ayıracaqlar. Rusiyada vahid dövlət imtahanlarının keçirilməsində də müəyyən problemlər olur”.

İlk dəfə olaraq 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrində boş qalan plan yerlərinə əlavə qəbul aparılacaq
Bu il Azərbaycanda ilk dəfə olaraq tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrində boş qalan plan yerlərinə əlavə qəbul aparılacaq. N.Əliyev bildirdi ki, gələn həftə 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinə əlavə qəbulla bağlı məlumatlara dair xüsusi jurnal çıxacaq, jurnalda boş qalan yerlər qeyd olunacaq. N.Əliyevin sözlərinə görə, 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə təxminən 1000-ə yaxın boş plan yeri qalıb. TQDK-nın şöbə müdiri əlavə etdi ki, ümumi təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin də boş qalan plan yerlərinə əlavə qəbul aparıla bilər. Onun sözlərinə görə 9 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qeydiyyat bu gün başa çatır. Şöbə müdiri qeyd etdi ki, qeydiyyat başa çatdıqdan sonra boş qalan yerlər çox olarsa, əlavə yerləşdirmə aparıla bilər.

Rezidenturaya qəbul üzrə birinci imtahan sentyabrın
9-da keçiriləcək

N.Əliyevin sözlərinə görə, TQDK Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə rezidentura səviyyəsinə qəbul imtahanı keçirəcək. Şöbə müdiri bildirdi ki, imtahanda iştirak etmək üçün ərizə qəbulu avqustun 18-dən 23-dək aparılıb və 1297 nəfər elektron ərizəsini təsdiq etdirib. Onlardan 942 nəfəri qız, 355 nəfəri isə oğlanlardır. Onun sözlərinə görə, birinci imtahan mərhələsi sentyabrın 9-da, ikinci mərhələnin imtahanı sentyabrın 10-da olacaq: “Birinci mərhələdə namizədlərin baza təhsili istiqamətinə müvafiq olan qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı 50-dən az olmamalıdır. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq”. N.Əliyevin sözlərinə görə, rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı 528-dir.

TQDK daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olmaq
istəyən namizədlər üçün test imtahanı keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sentyabrın 10-da daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. , N.Əliyev bildirdi ki, sənədlərin qəbulu Daxili İşlər Nazirliyi tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün 80 nəfərin namizədliyi qeydə alınıb. Onların hamısı hüquq istiqaməti üzrə imtahan verib. Namizədlərə imtahanda iştirak etmək üçün “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası” sentyabrın 5-dən etibarən təqdim olunub. İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq. Sualları cavablandırmaq üçün namizədlərə 3 saat vaxt verilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə-müsahibəyə buraxılırlar.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10124

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info