Dövlət Bayrağı Günü münasibətilə Nərimanovda tədbir keçirilib
Tarix: 06.11.2019 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Noyabrın 6-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Nərimanov rayonunda “Vətənin müdafiəsinə hazıram!” devizi altında 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş kütləvi tədbir keçirilib. Mərasim iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Aparatının yüksək rütbəli zabitləri və Nərimanov rayon idarəsinin şəxsi heyətinin, Gənclər Fondunun, ictimaiyyətin, gənclərin, kütləvi informasiya vasitələri nümayəndələrinin, müharibə veteranlarının, orta məktəb şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Dövlət Himni ifa olunub.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən söz açıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı sayəsində gənclərin inkişafı məqsədilə hərtərəfli şəraitin yaradıldığını qeyd edib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev Dövlət Bayrağı Gününə həsr olunmuş tədbirin milli dövlətçilik atributlarının təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağının qəbul edilməsi prosesindən danışıb, həmin bayrağın bir də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildiyini diqqətə çatdırıb.
General-mayor Zaur Abdullayev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilən ordu quruculuğu siyasətinin, aparılan islahatların ölkəmizin, Silahlı Qüvvələrimizin qüdrətinin daha da artmasına, beynəlxalq arenada iradəmizi daha ciddi nümayiş etdirməyimizə stimul olduğunu bildirib.
Tədbirdə 9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə Nərimanov rayon məktəbliləri arasında “Vətənin müdafiəsinə hazıram!” adı altında keçirilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Münsiflər heyətinin qərarına əsasən 1-ci yerə 177 saylı orta məktəbin 9-cu sinif şagirdi Adilə Ağazadə, 2-ci yerə 207 saylı orta məktəbin 7-ci sinif şagirdi Ayşə Ocaqverdiyeva, 3-cü yerə isə 82 saylı orta məktəbin 8-ci sinif şagirdi Leyla Əbdürəhimbəyova layiq görülüblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun nümayəndələri və aprel şəhidi Mahir Mirzəyevin atası Sabir Mirzəyev tərəfindən qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib. Sonda məktəblilərin vətənpərvərlik ruhunda hazırladıqları dolğun ədəbi-bədii proqram, Nərimanov rayon özfəaliyyət kollektivinin və hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının çıxışları təqdim olunub.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada Xəzəryanı ölkələrin media platforması yaradılıb
20.11.2019
Dini turizm haqqında ilk nəşr
20.11.2019
Yeni Azərbaycan Partiyası mübarizələrlə dolu şərəfli yol keçib
20.11.2019
Şeyxülislam ABŞ səfiri ilə görüşdə ermənilərin dini liderinin razılaşmalara əməl etmədiyini bəyan edib
20.11.2019
Dövlət Gömrük Komitəsi və KİVDF birgə fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info