Ermənistanın əhalisi 11,7 min nəfər azalıb
Tarix: 06.11.2019 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Ermənilərin «Novosti Armeniya» saytı 2019-cu ilin oktyabrın 1-də aparılan son siyahıyaalmanı diqqətə çatdıraraq, Ermənistanın ümumi əhalisinin 2957,5 min nəfər olduğunu göstərib.
Sayt bunu ölkənin Milli Statistika Komitəsinin məlumatına istinad edərək bildirib: «Statistika Komitəsi ötən bir il ərzində- 2018-2019-cu illərin oktyabr aylarını müqayisəli şəkildə götürərək ölkə əhalisinin 11,7 min nəfər azalıdığını da etiraf edib. Əslində bu, yeni baş nazir Nikol Paşinyanın «böyük qayıdış» proqramına düz gəlməsə də, bir faktdır. Bundan əlavə, ilin əvvəli ilə müqayisədə respublika əhalisinin sayı 7,8 min nəfər azalıb. Bu gün Ermənistan şəhərlərində yaşayan ümumi əhalinin sayı 1893,2 nəfər təşkil edir ki, bunun da 1083,6 min nəfəri İrəvanda yaşayır.

Ermənistanın kənd yerlərində yaşayan əhalinin ümumi sayı 1073,8 min nəfərdir. Bu isə bu ilin əvvəli ilə müqayisədə 6,1 min nəfər azdır.
Milli Statistika Komitəsinin son məlumatına görə, 2019-cu ilin 2-ci rübü üçün işləyən əhalinin sayı 2014,0 min nəfər təşkil edib ki, bu da ilin 1-ci rübü ilə müqayisədə 0,5 faiz çoxdur. Eyni zamanda, işçilərin sayını 964,2 min nəfər kimi göstərən komitə bunun 1-ci rüblə müqayisədə 1,1 faiz az olduğunu etiraf edib.
O da qeyd edilməlidir ki, bu gün ölkədə 207,2 min nəfər işsiz kimi qeydiyyatdan keçib ki, bu da 1-ci rüblə müqayisədə 6,7 faiz artım deməkdir.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
03.07.2020
Rusiyada daha 176 nəfər koronavirusdan ölüb
03.07.2020
Qazaxıstan hökuməti Rusiyada dezinfeksiya tunelləri sifariş verib
03.07.2020
Ermənistanda koronavirusa yoluxanların sayı 27 min nəfəri keçib
03.07.2020
Rusiyada azərbaycanlı iş adamı və anası koronavirusdan vəfat edib
02.07.2020
Rusiya koronavirus üçün dərman ixracına başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11544

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 Ev şəraitində Xan kababı-VIDEO
5 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info