“Kapital bazarının imkanları ölkənin iqtisadiyyatı üçün çox vacibdir”
Tarix: 07.09.2013 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Bakıda kapital bazarlarının tənzimlənməsi mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə “Yeni erada kapital bazarlarının tənzimlənməsi: tənzimləyici və bazar institutlarına yeni baxış” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda maliyyə naziri Samir Şərifov ölkəmizdə qiymətli kağızlar bazarı, onun maliyyə sisteminə, fiskal siyasətinə təsiri və rolu barədə fikirlərini bildirdi: “1998-ci ildən etibarən QKDK-nın fəaliyyət dövrü ərzində ölkədə mütəşəkkil fond bazarı yaradılıb və hazırda bu bazar fəal inkişaf edir”.
Mərkəzi Bankın sədri Elman Rüstəmov isə Azərbaycanın əsas makroiqtisadi göstəriciləri barədə məlumat verdi: “İri həcmdə olan strateji ehtiyatlar, makroiqtisadi sabitlik, stabil valyuta siyasəti kimi amillər ölkədə müasir və inkişaf edən qiymətli kağızlar bazarının fəaliyyəti üçün əsas yaradır”.
QKDK sədri Rüfət Aslanlı Azərbaycanda fond bazarının yaradılmasının tarixi və hazırkı durumu barədə iştirakçıları məlumatlandırdı: “Qiymətli kağızlar bazarı ölkədə maliyyə sisteminin fəaliyyətində böyük rol oynayır, o cümlədən kapital bazarının imkanları ölkənin iqtisadiyyatı üçün çox vacibdir. Azərbaycanda fond bazarı özəlləşdirmə prosesində yaradılmağa başlayıb və hazırda müasir texniki tələblərə cavab verən, investorlar, emitent və digər bazar iştirakçıları üçün imkanlar yaradan maliyyə sisteminin bir seqmentidir”.

“Azərbaycanda ilk investisiya
fondu yaradıla bilər”

R.Aslanlı bildirdi ki, QKDK-ya investisiya fondunun yaradılması üzrə təklif və müraciət daxil olub. Onun sözlərinə görə, təklif bu yaxınlarda aktivlərin idarə edilməsi üzrə lisenziya alan “İnvest Az” şirkəti tərəfindən irəli sürülüb: “İnvestisiya fondu açıq fond kimi nəzərdə tutulur ki, bu da komitənin strategiyasına uyğundur. Komitənin mövqeyi belədir ki, ölkədə ilk yaradılan investisiya fondları açıq olmalıdır”.
R.Aslanlı onu da bildirdi ki, şirkət tərəfindən paylarına tələbatın olub-olmaması barədə marketinq araşdırmalar aparılıb.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info