SOCAR-ın prezidenti Neft Daşlarında neftçilərlə görüşüb
Tarix: 06.11.2019 | Saat: 20:39:00 | E-mail | Çapa göndər





Noyabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Neft Daşlarının 70 illiyi ərəfəsində dünyanın açıq dənizdə tikilən ilk neft platformasında olublar.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, şirkət rəhbərliyinin təmsilçiləri burada Neft Daşlarının yenidən qurulmuş helikopter meydançası sərnişin gözləmə zalının açılışında iştirak edib, açıq dənizdə qazılmış ilk neft quyusunun yanında Neft Daşlarının qurulmasında xidmətləri olan insanları yad edib, ulu öndər Heydər Əliyevin abidəsinin, 1957-ci ilin noyabrında Neft Daşlarındakı faciə zamanı həlak olan neftçilərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhid neftçilərin xatirə komplekslərinin önünə tər çiçəklər düzüb, “Heydər Əliyev Muzeyi”nə, yenidən qurulmuş stadiona, idman zalına və mədəniyyət evinə baxış keçirib.
SOCAR-ın prezidenti istehsalat sahələrində çalışan həmkarları ilə görüşərək çağdaş neftçıxarma proseslərinin yeni çağırış və hədəfləri ilə bağlı onların fikirlərini öyrənib, müzakirələr aparıb. Rövnəq Abdullayev Neft Daşlarının 70 illik yubileyi münasibətilə idarənin əməkçilərini təbrik edib, ölkə başçısının apardığı islahat kursu çərçivəsində şirkətin üzərinə düşən vəzifələrdən söz açıb, Neft Daşlarının strateji əhəmiyyətindən danışıb.
Rövnəq Abdullayev deyib: “Neft Daşları Azərbaycan neftçilərinin yaşlı nəslinin qiymətli yadigarıdır. Azərbaycanın neft tarixinin bir çox görkəmli şəxslərin həyat yolu Neft Daşlarından keçib. Azərbaycan neftçilərinin bir neçə nəsli burada yüksək səviyyəli mütəxəssis kimi püxtələşib, dəyərli təcrübə qazanıb. Mən özüm də istehsalat fəaliyyətimə Neft Daşlarında başlamışam, burada çox dəyərli təcrübələr əldə edib, özümə etibarlı dostlar qazandım”.
Neft Daşlarında çalışan neftçilərə müraciət edən SOCAR-ın prezidenti sözlərini belə bitirib: “Dəyərli həmkarlarım, artıq 70 il istismarda olan Neft Daşları bu gün özünün ikinci baharını yaşayır. SOCAR-ın ötən illərdə həyata keçirdiyi tədbirlər nəticəsində Neft Daşlarının hasilat səviyyəsi 20 faizdən çox artıb. Hidrotexniki qurğular yenilənib, istehsalat obyektləri əsaslı təmir olunub və yaxud yenidən qurulub. Respublika əhəmiyyətli yataqların məhsulu Neft Daşlarının infrastrukturu vasitəsilə nəql olunur və gələcəkdə bu infrastruktura digər yataqların da qoşulması nəzərdə tutulur. Bu nəticələr, məhz sizin səriştə və bacarığınız, gərgin və fədakar zəhmətinizin sayəsində əldə olunub. Bu uğur sizin uğurunuzdur!”
Səfər çərçivəsində SOCAR-ın prezidenti və şirkət rəhbərliyinin nümayəndələri Neft Daşları zəhmətkeşləri ilə birlikdə nahar ediblər.
Səfərin sonunda SOCAR rəhbərliyi Çilov adasına baş çəkib, 2015-ci ildə təbii fəlakət nəticəsində həlak olmuş həmkarlarının abidəsi önünə tər çiçəklər qoyub, onların əziz xatirəsini ehtiramla yad ediblər.
Noyabrın 6-da Neft Daşlarında yatağının istismar edilməsinin 70 illiyi münasibətilə neftçi kollektivi üçün konsert təşkil olunub.




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada Xəzəryanı ölkələrin media platforması yaradılıb
20.11.2019
Dini turizm haqqında ilk nəşr
20.11.2019
Yeni Azərbaycan Partiyası mübarizələrlə dolu şərəfli yol keçib
20.11.2019
Şeyxülislam ABŞ səfiri ilə görüşdə ermənilərin dini liderinin razılaşmalara əməl etmədiyini bəyan edib
20.11.2019
Dövlət Gömrük Komitəsi və KİVDF birgə fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info