“Qarabağ klanı” Paşinyana qarşı əks-hücuma keçdi
Tarix: 06.11.2019 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Ermənistan Xüsusi İstintaq Xidməti qondarma Qarabağ rejiminin milli təhlükəsizlik şurasının keçmiş katibi, general-mayor Vitali Balasanyanı istintaqa dəvət edib. Bunun üçün İstintaq Xidməti qondarma rejimin “prokurorluq” orqanlarına müraciət edib.
10 nəfərin ölümü ilə nəticələnən 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işində şahid kimi ifadə verməli olan Balasanyan 2 dəfə istintaqın dəvətini qəbul etməyib. Amma onun Paşinyan hakimiyyətinə qarşı son vaxtlar etdiyi sərt çıxışlar rəsmi Yerevanda narahatlıqla qarşıalnıb. Belə ki, 2020-ci ildə işğal alıtndakı torpaqlarda keçirilməli olan “prezident seçkilərin”nə namizədliyini irəli sürən Balasanyan “Qarabağ klanı”nın əksər üzvlərinin açıq demədiyi etirazları dilə gətirir.
Onun Nikol Paşinyan və radikal “Ssana Tsrer” qruplaşması barədə sərt çxışı işə ölkə cəmiyyətində böyük əks-səda doğurmuşdu.
“Nikol Paşinyan və bu terrorçu qruplaşma bir-birinin tayıdır. Biri silahla, digəri isə hakimiyyəti ələ keçirməklə məşğuldur. Qoy Nikol Paşinyanın tərəfdarları bizi eşitsin və addım atsınlar”.
Son olaraq Balasanyanın həbsdə saxlanılan eks-prezident Robert Koçaryanın xeyrinə öz ofisi qarşısında imza toplama kampaniyasına başlaması Paşinyanın qəzəbinə səbəb olmuşdu. Faktiki olaraq, Qarabağdakı rejimin müdafiə etdiyi generalı Yerevana gətirmək Ermənistan hakimiyyəti üçün əlçatan görünmür. /Modern.az/




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada işsizlik səviyyəsi artır
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”
20.11.2019
Qazaxıstan Prezidenti Beynəlxalq Türk Akademiyasının işini yüksək qiymətləndirdi
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info