Çindən Türkiyəyə gələn yük qatarı Ankaraya çatdı
Tarix: 07.11.2019 | Saat: 00:03:00 | E-mail | Çapa göndər



Çindən Avropaya hərəkət edən və Marmaray xəttindən istifadə edərək Avropaya keçəcək ilk yük qatarı Ankaraya çatdı və yola salındı.(YENİLƏNİB)


Çindən Avropaya hərəkət edən və Marmaray xəttindən istifadə edərək Avropaya keçəcək ilk yük qatarı Ankaraya çatdı.
Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Çinin Şian şəhərindən hərəkət edən “China Railway Express” bu gün Ankaraya çatdı. Bu addım ölkəmizin izlədiyi şərq ilə qərb arasında rabitənin inkişaf etdirilməsi dünyagörüşünün son nümunəsidir.
Türkiyənin son illərdə nəqliyyat sahəsindəki infrastrukturunu inkişaf etdirərək Asiya və Avropa arasında birbaşa nəqliyyatın mümkün olmasına ciddi töhfəsinin olduğu vurğulanan açıqlamada bildirilib ki, bu məqsədə ən məhsuldar şəkildə xidmət göstərəcək Xəzər keçidli Şərq-Qərb Orta dəhlizi çərçivəsində bölgədəki tərəfdaşlığımızla yanaşı lazımı addımlar atılmaqda davam ediləcək.

Çindən hərəkət edib Marmaraydan istifadə edərək Avropaya keçəcək ilk yük qatarı “China Railway Express” Qars üzərindən Türkiyəyə daxil oldu.

Çindən hərəkət edib Marmaraydan istifadə edərək Avropaya keçəcək ilk yük qatarı “China Railway Express” Ankara vağzalından mərasimlə yola salındı.

Mərasimdə nəqliyyat və infrastruktur naziri Cahit turan, tacirət naziri Ruhsar Pekcan, Türkiyə Cümhuriyyəti Dövlət Dəmiryolları İdarəsinin baş direktoru Əli İhsan Uygun, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Şanxay Regional Partiya Komitəsinin baş katibi Hu Heping və digər səlahiyyətlilər iştirak etdilər.

Nazir turhan çıxışında Çinin Xian şəhərindən yola düşən və 42 TIR-a bərabər elektron yük daşıyan “China Railway Express”in cəmi uzunluğu 820 metr olan 42 konteyner yüklənmiş vaqonla 2 qitə, 10 ölkə, 2 dənizi keçərək 11 min 483 kilometrlik yolu 12 gündə qət edəcəyini bildirdi.

Turhan bu layihənin ölkələrə ticarət qazancı olması ilə yanaşı cəmiyyətlər arasında əlaqələrin güçlənməsinə və mədəniyyətlər arasında ünsiyyətin sürətlənməsinə də böyük töhfəsinin olacağını ifadə edib.

Qatar Türkiyədə Axılkələk, Qars, Ərzurum, Sivas, Kayseri, Kırıkkale, Ankara, Eskişehir , Kocaeli, İstanbul (Marmaray) və kapıkulə (Edirnə) marşrutundan hərəkət edir.

Tarixi İpək Yolunun canlandırılması üçün Çinin 2013-cü ildən reallaşdırdığı "Bir kəmər - bir yol" layihəsi Asiya Avropa və Afrika qitələrini əhatə edir. Çinin paytaxtı Pekini Böyük Britaniyanın paytaxtı Londonla Türkiyə üzərindən birləşdirməyi hədəfləyən yolun ən əhəmiyyətli hissəsini BTQ təşkil edir. Bir trilyon dollarlıq yükü, 3 milyard insanı və 65 ölkəni əhatə edəcək nəhəng dəmir və dəniz yolu nəqliyyatı şəbəkəsi sayəsində mallar Çindən Asiya, Avropa və Afrikaya daha qısa müddətdə çata biləcək. Türkiyənin orta dəhlizdə olması layihədə əhəmiyyətli yer təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
29.11.2020
Nigeriyada terrorçular 70 fermeri öldürüb
29.11.2020
Fransada aksiyalar zamanı 62 polis əməkdaşı yaralanıb
29.11.2020
İranda gün ərzində 389 nəfər koronavirusdan ölüb
29.11.2020
Türkiyə Möhsün Fəxrizadənin öldürülməsini qınadı
29.11.2020
“İranın daha bir aliminə qarşı terror aktı törədiblər”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
4 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
5 “Ezo gəlin” şorbası necə bişirilir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info