Türkiyə Böyük Millət Məclisindən Güney Azərbaycana təşəkkür mesajı -VİDEO
Tarix: 07.11.2019 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Türkiyə Böyük Millət Məclisinin deputatı Güney Azərbaycan türk milləti və “Traxtur” futbol komandasının tərəfdarlarına öz təşəkkürünü bildirib.
Mersinin parlamentdəki millət vəkili, MHP üzvü Olcay Kılavuz “Traxtur” tərəfdarlarının türk əsgərinə hərbi salam verməsini alqışlayaraq İran coğrafiyasındakı bütün türkləri salamlayıb.
Millət vəkili sözlərinin bir hissəsində bildirib ki, Türkiyə İranda 30 milyonluq türk toplumuna xüsusi diqqət yetirməlidir. Bizim aramızda mədəni bağlar daha da güclənməlidir.
Olcay Kılavuzun parlamentdə etdiyi çıxışı aşağıdakı videodan izləyə bilərsiniz:
Noyabrın 1-də Təbrizin səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” komandası ilə Tehranın “İstiqlal” komandası arasında keçirilən görüşdə Türkiyənin Suriyanın şimalında kürd terror qruplaşmaları və İŞİD-ə qarşı həyata keçirdiyi “Barış pınarı” əməliyyatına dəstək nümayiş etdirilib. Təxminən 100 min “Traxtur” tərəfdarının iştirak etdiyi görüş zamanı türk əsgərinə hərbi salam verilib və “Türkiyə – Türkiyə” şüarları səsləndirilib. Bu hadisə Türkiyə müdiasında geniş işıqlandırılıb (GünAzTV).




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Azərbaycan XİN Ukraynaya başsağlığı verib
08.12.2019
Azərbaycan Ermənistanla bağlı BMT-yə növbəti dəfə müraciət etdi
08.12.2019
“Münaqişənin bu variantda həlli…”
07.12.2019
İran Azərbaycanla peyk istehsalı sahəsində əməkdaşlıq etmək istəyir
05.12.2019
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info