Seulda AZƏRTAC-ın sədrliyi ilə OANA-nın XVII Baş Assambleyası işə başlayıb
Tarix: 07.11.2019 | Saat: 10:40:00 | E-mail | Çapa göndər



Seulda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyası işə başlayıb.

AZƏRTAC-ın sədrliyi və Koreya Respublikasının Yonhap agentliyinin təşkilatçılığı ilə keçirilən Baş Assambleyada 28 ölkədən 32 xəbər agentliyi iştirak edir. 2004-cü ildən OANA-nın üzvü olan AZƏRTAC 2016-cı ildən bu təşkilatın sədrdir. OANA 1961-ci ildə UNESCO-nun himayədarlığı ilə yaradılıb və dünyada ən böyük media qurumlarından biridir.
Baş Assambleya çərçivəsində üzv agentliklərin fotoşəkillərindən ibarət sərgi təşkil olunub. Fotolar “Xəbərlər”, “Mədəniyyət” və “Təbiət” kateqoriyalarını əhatə edir. Sərgidə AZƏRTAC-ın da fotoları təqdim edilib. Ümumilikdə, sərgidə 100-ə yaxın foto nümayiş olunur. Sərginin açılışında xəbər agentlikləri rəhbərləri ilə yanaşı, Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm naziri Park Yanq Vu da iştirak edib.
Açılış mərasimində çıxış edən Yonhap agentliyinin prezidenti Ço Sanq Bo bütün dünyada xəbər agentliklərinin yeni çağırışlarla üzləşdiyini və agentliklərin bu çağırışları yeni imkanlara çevirməli olduğunu deyib. O bildirib ki, indiki dövrdə hansı xəbəri deyil, xəbəri hansı formada yaymaq daha aktualdır. Ço Sanq Bo AZƏRTAC-ın OANA-da sədrliyi dövründə fəaliyyətini yüksək qiymətləndirərək, onun rəhbərliyinə təşəkkürlərini çatdırıb.
OANA-nın hər bir üzv agentlik üçün önəmli olduğunu vurğulayan təşkilatın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov sədrlik dövründə qurumun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Həyata keçirilən layihələr təşkilatın veb-saytı, sosial şəbəkələr və axtarış sistemlərində xəbərlərin yayılması və digər sahələri əhatə edib. Eyni zamanda, AZƏRTAC üzv agentliklərə təkliflər paketi təqdim edib ki, buraya OANA-nın Təlim Akademiyasının yaradılması, illik treninqlərin təşkili, çevik idarəetmə üsulunun tətbiqi və bir sıra digər istiqamətlər aiddir. “Yarım əsrdən çox tarixi olan OANA hər bir üzv agentlik üçün böyük dəyərdir. Çünki bu təşkilat bizim vasitəmizlə xalqlarımızı, ölkələrimizi bir-birinə yaxınlaşdırır, jurnalistika ənənələrini yaşadaraq sonrakı nəsillərə ötürür. Buna görə də təşkilatımızın daim təkmilləşdirilməsi bizim hər birimiz üçün önəm kəsb edir. Bu işdə hər bir agentliyin töhfəsi qiymətlidir”, - deyə Aslan Aslanov bildirib.
Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm naziri Park Yanq Vu feyk xəbərlərin bütün dünyada media üçün əsas çağırışa çevrildiyini deyərək, bu baxımdan etibarlı xəbər agentliklərinin rolunun dəfələrlə artdığını vurğulayıb. “Ümid edirəm ki, ən etibarlı xəbər agentliklərini birləşdirən OANA informasiyaya etimadın vacibliyini dərk edərək, yanlış məlumatların qarşısının alınmasında tutarlı mexanizmlər ortaya qoya biləcək”, - deyə nazir əlavə edib.
Baş Assambleya çərçivəsində “Jurnalistika üçün yeni çağırışlar: texnoloji yeniliklər və xəbərlərin etibarlılığı” mövzusunda konfrans keçirilir. Tədbirin birinci sessiyasında OANA-nın baş katibi Vüqar Seyidovun moderatorluğu ilə “5G dövründə media mühiti və texnoloji üstünlüklər” mövzusunda 1-ci sessiya olub. Burada Koreyanın SK Telecom şirkətinin vitse-prezidenti Yonq Min Li və “Thomson Reuters” şirkətinin texnologiyalar departamentinin rəhbəri Maykl Yanq çıxış edərək mediada yeni texnologiyaların istifadəsindən, onların üstünlüklərindən, xəbərlərin yeni formalarda çatdırılmasından danışıblar.
Konfrans işini noyabrın 8-də davam etdirəcək.




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21.11.2019
Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Putinlə görüşəcək
21.11.2019
Bakı və Təbriz şəhərləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq
21.11.2019
Sumqayıtda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə vəsait ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info