Gələn ildən Bakının kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı yeni layihə
Tarix: 07.11.2019 | Saat: 12:59:00 | E-mail | Çapa göndər


“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Bakıda yağış zamanı bəzi ərazilərdə gölməçələrin yaranmasına münasibət bildirib. O qeyd edib ki, yağış barədə məlumat alan kimi bu kanalizasiyalar yenidən təmizlənir. Q.Hüseynovun sözlərinə görə, kanalizasiya xətlərinə yad tullantılar çox atılır: “Ona görə də belə problemlər yaşanır. Gölməçələrin yaranmasına bir neçə problem səbəb ola bilər. Ya kanalizasiya tutulur, ya da yağış suları çox olduğuna görə çatdıra bilmir. Digər tərəfdən, Bakıda əhalinin çoxalması, yeni yaşayış sahələrinin tikilməsi, sudan istifadənin çoxalması kanalizasiya xətlərinin həddən artıq yüklənməsinə səbəb olur. Buna görə də yeni kollektorlar tikilir ki, bu da xətlərə düşən yükü azaldacaq. Eyni zamanda yağış barmaqlıqlarının artırılması, su toplayıcılarının tikintisi işləri aparılır”. "Azərsu" rəsmisi deyib ki, gələn ildən Bakının kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı layihə icra ediləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər YENİLƏNİB
11.11.2019
Prezident və Mehriban Əliyeva Xətaidə ağacəkmə aksiyasında YENİLƏNƏCƏK
11.11.2019
Oğuz rayonunda 15 bələdiyyəyə 137 üzv seçiləcək
11.11.2019
Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
10.11.2019
Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info