Yaşadığı ünvandan 540 kilometr uzaqda dərs deyən gənc müəllim
Tarix: 07.11.2019 | Saat: 13:58:00 | E-mail | Çapa göndər


Müəllimlik peşəsini seçən gənc müəllimlərin sayı ilbəil artmaqdadır. Bu müəllimlər arasında işə qəbul imtahanlarında yüksək nəticə qazanaraq şəhər mərkəzlərinə deyil, ucqar kəndlərdə işləməyə üz tutanların da sayı çoxdur. Qəbələ rayonundan Astaraya işləməyə gələn gənc müəllim Nübar Qəribli kimi. AZƏRTAC xəbər verir ki, Astaranın 240 yerlik Pəlikeş kənd tam orta məktəbi rayon mərkəzindən 45 kilometr məsafədə yerləşir. 2009-cu ildə əsaslı təmirdən sonra istifadəyə verilən məktəbdə 512 şagirdin təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. Bu müəllimlərdən biri də bu ilin sentyabrında müəllimlərin işə qəbulu üzrə müsabiqədən 51 bal toplayaraq Astara rayonunun Pəlikeş kənd tam orta məktəbinə işləməyə gələn Qəribli Nübar Tehran qızıdır. Qəbələ rayonunun Nic qəsəbə sakini olan Nübar Qəriblinin 24 yaşı var. O, ucqar dağ kəndində şagirdlərə dərs deməkdən zövq alır: “Bu il MİQ imtahanında iştirak edərək Pəlikeş kəndinə təyinat aldım və burada pedaqoji fəaliyyətə başladım Baxmayaraq ki, ucqar dağ kəndidir, yaşadığım rayondan 538 kilometr uzaqda yerləşir, bu, mənim işimə heç bir maneə törətmir, işimi çox sevirəm. Buna səbəb şagirdlərin mənə olan sevgisidir”. Artıq üçüncü aydır Pəlikeş kənd tam orta məktəbində çalışan gənc müəllim tez bir zamanda şagirdlərinin də sevimlisinə çevrilib. Nübar Qəribli deyir ki, bu gün azad, müstəqil dövlətimiz üçün sağlam nəsil yetişdirmək, onlar tərəfindən sevilmək bu peşəyə marağını və sevgisini daha da artırır. Müəllim şagirdlərin yaxın dostu, onların bu günü və gələcəyi üçün narahat olan, yol göstərən və bələdçidir. Bu keyfiyyətləri gələcəyimiz olan şagirdlərə aşılamaq üçün o da müəllimlik sənətini seçib. Kənd məktəblərinə təyinat alan gənc müəllimlərə dövlət tərəfindən edilən güzəştlər və diqqət həmkarları kimi Nübarı da çox sevindirib: “Mən xüsusi ilə dövlətimizə təşəkkür edirəm. Təhsil Nazirliyi tərəfindən gənc müəllimlərə bir çox imtiyaz verilir, maddi vəsait ayrılır ki, ucqar dağ kəndlərinə gəlib həvəslə işləyək. Mən də bu imtiyazlardan yararlanıram. Bu, bizim həm də müəllim peşəsinə olan sevgimizi daha da möhkəmləndirir”. O, ucqar kəndlərdə işləməkdən çəkinən bəzi gənc müəllimlərə səslənərək bildirib ki, burada yaşayan uşaqların da yüksək təhsil almalarına ehtiyac var: “Düşünürəm ki, ucqar dağ kəndində yaşayan şagirdlərimizin təhsilinə daha çox diqqət yetirilməlidir, onların daha çox qayğıya ehtiyacı var. Gənc müəllimlərə səslənirəm ki, onlar da bizim kimi ucqar dağ kəndinə gəlib, burada yaşayan şagirdlərimizə təhsil versinlər”. Nübarla yanaşı, bu il daha iki gənc müəllim Pəlikeş kəndinə işləməyə gəlib. Məktəb rəhbərliyi hər bir gənc müəllimin arzu və istəklərinə diqqətlə yanaşır. Pəlikeş kənd tam orta məktəbinin direktoru Nadir Eyvazov deyib: “Məktəbimiz son illərdə gənc müəllimlərlə təmin olunub. Ötən il 3 nəfər gənc müəllim gəlmişdi. Bu il də məktəbimizə Qəbələ, Qazax və Mingəçevirdən 3 müəllim gəlib. Onlar üçün hər cür şərait yaradılıb”. Bu il Astara rayonuna işləmək üçün digər bölgələrdən 31 müəllim gəlib. 62 ümumtəhsil məktəbi olan Astara rayonunda 17500-dən çox şagirdin təlim-tərbiyəsi ilə 1700-dən çox müəllim məşğul olur. 55 məktəb kəndlərdə, 7 məktəb isə şəhər ərazisində yerləşir.




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
Ermənilər Laçının neçə kəndini boşaldıb?
27.11.2020
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yaralı hərbçilərlə görüşüb
27.11.2020
Azərbaycanda 3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib
27.11.2020
Ata şəhid oğlunu qurbanla qarşıladı
26.11.2020
Azərbaycanda 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Öküz ili bürclərə nə vəd edir?
2 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
3 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
4 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
5 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info