Vilayət Eyvazov İran səfiri ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı müzakirə aparıb
Tarix: 07.11.2019 | Saat: 15:06:00 | E-mail | Çapa göndər





Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Daxili İşlər nazirinin müavini İsmail Çataklını qəbul edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir V.Eyvazov dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdiyini məmnunluqla vurğulayıb. Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, ölkəmizdə təhlükəsizlik sferasının da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov bu gün Azərbaycan Polisinin, Daxili Qoşunların yüksək peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə aparıcı hüquq mühafizə orqanı kimi öz yerini tutduğunu xüsusi qeyd edib, qazanılmış uğurlarda Türkiyə Jandarm Qüvvələrinin, Türkiyə Polisinin də danılmaz rolunun, xidmətinin olmasına diqqət çəkib. Buna görə Türkiyə Daxili İşlər Nazirlyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə və bütün mənsublarına təşəkkürünü bildirən Daxili İşlər naziri V.Eyvazov Türkiyə Respublikasının Daxili İşlər naziri cənab Süleyman Soyluya salamlarını catdırmağı nazir müavinindən xahiş edib. Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən Türkiyənin Daxili İşlər nazirinin müavini İsmail Çataklı respublikamıza ikinci gəlişindən, ölkəmizin sürətli inkişafından, sabitlikdən, əmin-amanlıqdan, Bakının dünyanın ən gözəl paytaxtlarından, ən təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu diqqətə çatdırıb, qarşılıqlı faydalı işbirliyinin daha da genişlənməsinə bundan sonra da səy göstərəcəyini ifadə edib . Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Rusiyada Xəzəryanı ölkələrin media platforması yaradılıb
20.11.2019
Dini turizm haqqında ilk nəşr
20.11.2019
Yeni Azərbaycan Partiyası mübarizələrlə dolu şərəfli yol keçib
20.11.2019
Şeyxülislam ABŞ səfiri ilə görüşdə ermənilərin dini liderinin razılaşmalara əməl etmədiyini bəyan edib
20.11.2019
Dövlət Gömrük Komitəsi və KİVDF birgə fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info