“Qolos Armenii”: ”Erməni demokratiyası” hələ də yerində sayır”
Tarix: 07.11.2019 | Saat: 13:38:00 | E-mail | Çapa göndər


Amerikanın Ermənistandakı səfiri Lin Treysinin sabiq prezident Serj Sarkisyanla, ikincinin rəhbərlik etdiyi Respublikaçılar partiyasının ofisindəki görüşünü, yerli erməni saytları sabiq hakimiyyətin hələ də ABŞ-ın diqqətindən kənarda qalmaması kimi dəyərləndirirlər.
Hətta bir çox saytlar bunu partiyanın siyasi arenada ciddi bir oyunçu kimi qəbul edilməsinin sübutu olduğunu təlqin etməyə çalışırlar. Qeyd edək ki, görüşlə bağlı Paşinyan hökumətinin reaksiyası hələ də müəmmalı olaraq qalmaqdadır. Məsələn, hazırda bir çox erməni siyasətçiləri Nikolun bu görüşə «dərin anlama hissi ilə reaksiya» verdiyini bəyan etsə də, əslində, nə erməni baş nazir, nə də onun ətrafının heç bir məmnunluq nümayiş etdirmədikləri gün kimi aydındır. Üstəlik, görüşün məzmunu ilə bağlı məruzədə bu görüşlərin mütəmadi xarakter daşıyacağının ifadə edilməsi, təbii ki, Paşiyan hakimiyytini qane edə bilməz.
Lakin maraqlı da olsa, Paşinyan hökuməti Ermənistanda akkreditə olunmuş diplomatların ölkənin siyasi qüvvələri ilə görüşlərinin adi hal aldığını və bunun hələ ki, yeni hökumət üçn elə də bir mənfiliklər yaratmadığını xatırladaraq, təskinlik tapmağa çalışdılar. «Qolos Armenii» saytı Ermənistandakı diplomatların ölkənin siyasi qüvvələri ilə görüşündən fərqli olaraq, Amerika səfirinin Respublikaçılar partiyasının lideri ilə görüşünü Nikolun xoş əhval-ruhiyyəsinə töhfə verə bilməyəcəyini xatırladırlar. Yeri gəlmişkən, bir çox erməni ekspertlər Treysi- Sarkisyan görüşünü, İrəvan-Vaşinqton arasında bir çox məsələlərin hələ də qənaətbəxş olmadığı üzündən, ABŞ-ın dolayı yolla da olsa, bu istiqamətdə fəaliyyətə başlaması kimi şərh edirlər. Onların fikrincə, «ABŞ Ermənistandan gözlədiyi demokratiyanı hələ ki, müşahidə etməyib. Belə ki, son 27 il ərzində ABŞ Ermənistandakı demokratik proseslərin və təsisatların inkişafına həm maddi, həm də mənəvi cəhətdən dəstək versə də, «erməni demokratiyası» hələ də yerində sayır».
Bu arada, maraqlı bir nüansla ermənilərin «1in.am» saytı çıxış edib. Saytın yazdığına görə, bu gün Ermənistanda hüquq anlayışı öz dəyərini itirməyə doğru gedir. Sayta görə, əgər belə davam edərsə, bir müddət sonra bu, ölkədə demokratiyanın dəyərsizləşməsinə və mövcudluğunun mənasızlığına səbəb olacaq: «Ona görə də bunun qarşısını almaq üçün Ermənistan hökuməti “məxməri” mahiyyətini dəyişdirməli və qətiyyətli və sərt siyasətə keçməlidir». Sayta görə, bu, idarə olunmayan «inqilab fırtınası»nı sakitləşdirməklə yanaşı, həm də qanunun aliliyini təsdiqləyəcək. Bunun üçünsə, Nikola dəyənəklərdən yararlanmağı məsləhət görən sayt, əks halda, «sistem yeni «arturvanlılar» yaratmağa meyilli olduğu üçün tezliklə başqa birinə köçürüləcək». Əsl erməni demokratiyasının mahiyyəti barədə qısa bir məlumat verən sayt, bir daha Nikol Paşinyan və hakim komandanı qətiyyətli və kobud metodlarla da olsa, ölkədəki «demokratiya»nın ölməməsi üçün fəaliyyətə keçməyə çağırır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Azərbaycan və gürcü xalqları arasında dini-mənəvi sahədə əlaqələr müzakirə olunub
21.11.2019
Erməni alim Paşinyanı şoka saldı: “Ermənistanda dövlət institutları dağılır, kin və nifrət təbliğatı aparılır”
21.11.2019
Zaxarova: “Qarabağ münaqişəsinin sülh planı bütün məcburi köçkün və qaçqınların əvvəl yaşadıqları ərazilərə dönmək hüququnu əhatə etməlidir”
20.11.2019
Rusiyada işsizlik səviyyəsi artır
20.11.2019
Paşinyan: “Münaqişəsinin həlli ilə bağlı Sarkisyanın, Köçəryanın və Ter-Petrosyanın düsturlarından istifadə etməyəcəyəm”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info