Özbəkistanda Azərbaycan mədəniyyətinə və ədəbiyyatına böyük maraq var
Tarix: 07.11.2019 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində vilayət hakimi Fərxad Ermanov Bakıdan və Daşkənddən Urgənc şəhərinə gələn nümayəndələrlə görüşüb. Fərxad Ermanov qədim Xarəzm torpağında Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsindən məmnun olduğunu bildirib. O, qədim Xivə, onun təkrarsız abidələrindən danışıb, bu ilin doqquz ayında Xarəzmə 2 milyondan çox xarici turistin gəldiyini vurğulayıb. F.Ermanov əmin olduğunu bildirib ki, bundan sonra qədim Xarəzmin mərkəzi Urgəncdə və Bakıda tez-tez belə tədbirlər keçiriləcək. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov gələcək əməkdaşlıq məsələlərindən danışıb, Xarəzm vilayəti ilə Azərbaycanın regionları arasında əlaqələrin yaradılması, ölkəmizin şəhərləri ilə Xarəzm vilayətinin şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsi, Bakı şəhərindəki İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə Xivə şəhərindəki İçənqala qoruğu, vilayətin ali məktəbləri, mədəniyyət müəssisələri və Azərbaycanın aidiyyəti qurumları arasında əlaqələrin yaradılması təklifləri ilə çıxış edib. S.Abbasov ölkələrimiz arasında əlaqələrin dərinləşdiyini qeyd edib, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tamhüquqlu üzvü olması, Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın dövlət başçısı ilə görüşü haqqında söhbət açıb. O, Özbəkistanın Türk Şurasına üzvlüyünün əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edib. “Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva Azərbaycan və özbək xalqlarının dostluğundan danışıb, dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyəsini vurğulayıb. O, Özbəkistanda Azərbaycan mədəniyyəti, musiqisi və ədəbiyyatına böyük maraq olduğunu deyib. S.Vəliyeva qədim Xivə şəhərini gəzdiklərini, buradakı təkrarsız abidələrə valeh olduğunu bildirib. Akademik Kamran Əliyev və özbək alimi və tərcüməçisi Babaxan Şərif əlaqələrin daha da genişləndirilməsi istiqamətində görüləcək işlərdən danışıblar. Xatırladaq ki, mədəniyyət günləri Mədəniyyət Mərkəzinin, “Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı “Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Azərbaycanlı qonaqlar Özbəkistanda İçən-Qala dövlət qoruğunu ziyarət ediblər
15.11.2019
“CinemaPlus”da “Ford Ferrariyə qarşı”: VİDEO
14.11.2019
Musiqili Teatrda “Paris Notr-Dama ithaf” tamaşası təqdim olunub
14.11.2019
Odessada Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
14.11.2019
AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info