Rəsul Quliyev İsa Qəmbərə qarşı Lalə Şövkətlə birləşdi
Tarix: 09.09.2013 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


“Bəd əməllə məşğul olurlar, onların uzunmüddətli fəaliyyəti faciədir”

Açıq Cəmiyyət Partiyasının (ACP) mühacir lideri, eks-spiker Rəsul Quliyev Azərbaycan Liberal Partiyasının(ALP) lideri Lalə Şövkətlə bağlı “milli şura”da yaranan qalmaqala qoşulub.
Lalə Şövkətin lideri olduğu Liberal Partiya ilə Müsavat arasında səngimək bilməyən söz davasına reaksiya verən eks-spiker qalmaqalda Lalə Şövkətin günahsız olduğunu deyib.
Onun Lalə Şövkətin müdafiəsinə qalxması isə müsavatçıların narazılığına səbəb olub. Sosial şəbəkələrdə Rəsul Quliyevin məlum fikirlərini paylaşıb müzakirəyə çıxaran “milli şura” üzvləri qurumda qruplaşma yaranmasını faciəvi hal sayırlar.
Qeyd edək ki, Rəsul Quliyev Lalə Şövkətə qarşı şər atıldığını iddia edib: “Lalə xanımın atdığı addıma gəldikdə elementar həqiqətləri bilmək lazımdır. O, sadə insan deyil və çox asanlıqla hansı proseslərin getdiyini görür. Sovet dövründə kifayət qədər varlı ailədən olan, Moskvada elmi dərəcə və professor rütbəsinə layiq görülən bir şəxs, sözsüz keçmişi olmayan, bu gün müxalifət pərdəsi altında təhqir edilməsinə dözə bilməzdi. Bəzi qəzetlər normal insana yaraşmayan nalayiq sözlərlə Lalə xanım kimi bir şəxsin əleyhinə şər, böhtan yağdırırsa, hadisələrin belə cərəyan etməsinin günahı kimdədir? Azdan - çoxdan qəzetinin sanballı olmasını iddia edən redaktorlar insan ləyaqətini təhqir edən yazılar yazmaz. Dünya praktikasında hələ indiyə qədər belə bir hadisə olmayıb. Qəzetin hansı isə bir jurnalisti sifarişlə təhqiramiz məqalələr yaza bilər, ancaq redaktor bu işi görməz. Uzunmüddətli fəaliyyətlə də öyünmək olmaz. Bəd əməllə məşğul olanların uzunmüddətli fəaliyyəti faciədir”, - deyə R.Quliyev vurğulayıb.
Buradan açıq görünür ki, “milli şura”da Müsavat-AXCP qruplaşmasına qarşı yeni qruplaşma yaranır ki, bu da ALP-ACP müttəfiqliyidir. Hətta bura bir müddət öncə imza vərəqələri ilə bağlı narazı qalan Mirmahmud Mirəlioğlunun partiyası olan KXCP-ni də əlavə etmək olar. Qütbləşmənin bu həddə çatması isə müxalifətin hansı duruma düşməsinin bariz nümunəsi ola bilər...
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”
20.11.2018
İki Assosiasiya arasında əməkdaşlığın qurulması üçün ilkin addımlar atılıb
20.11.2018
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
20.11.2018
Fikrət Məmmədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info