Avropanın ən təhlükəli və təhlükəsiz ölkələrinin siyahısı tərtib olunub
Tarix: 08.11.2019 | Saat: 03:02:00 | E-mail | Çapa göndər



Avropanın Statistika Agentliyi Avropanın ən təhlükəli və təhlükəsiz ölkələrinin siyahısını tərtib edib.

AZƏRTAC xəbər verir ki, Agentliyin məlumatına əsasən, Avropanın ən təhlükəli ölkəsi Belçikadır. Beləki 2017-ci ildə ölkədə 100 min nəfərə qarşı törədilən cinayətlərin sayına görə göstərici (167) bütün üzv ölkələrindən çoxdur. İkinci yerdə Fransa (150) və İspaniya (144) yerləşir. Böyük Britaniya (132) və Portuqaliya (115 cinayət) da bu siyahıda yer alır. Aİ-də ən təhlükəsiz ölkələr isə Slovakiya və Macarıstan (9), Sloveniya (12), Kipr (14), Estoniya və Çexiya (15), həmçinin Rumıniyadır (16 cinayət).
Qeyd olunur ki, 2011-ci ildən 2017-ci ilə kimi Avropa İttifaqında qarət hallarının sayı 24 faiz azalıb və 522 min hadisədən 396 min hadisəyə enib. Bununla yanaşı, təkcə 2017-ci ildə Avropadakı hücumların sayı 1,1 milyonu keçib. Ən çox qəsdən öldürmə halları Latviya, Litva, Estoniya və Maltada, ən az isə Lüksemburq, Çexiya, İtaliya və Avstriyada qeydə alınıb.




 
Bölməyə aid digər xəbərlər
23.01.2020
Malayziyanın şimalında 17 min il əvvələ aid daş əşyalar tapıldı
22.01.2020
Dəhşətli etiraf: Toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar
22.01.2020
75 yaşlı futbolçunu transfer etdilər
22.01.2020
1912-ci ildə batan “Titanic” gəmisi ilə əlaqəli razılaşma qüvvəyə mindi
21.01.2020
Yunanıstan avtomobil oğurluğunun ən çox baş verdiyi ölkələrdən biridir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
2 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
3 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq
4 Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər
5 İlin ilk 3 ayı ərzində keçiriləcək imtahanların tarixləri məlum oldu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info