“AtaTravel” Danimarka turistlərini Azərbaycanla tanış etdi
Tarix: 09.09.2013 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


“AtaTravel” MMC-nin təşkilatçılığı ilə Danimarkadan Azərbaycanın paytaxtına turist qrupu gəlib. “AtaTravel” nümayəndələri 4 gün ərzində qrup Bakı şəhərinin görməli yerləri, Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti, milli mətbəxi ilə tanış etdilər. “AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev bu səfərin əhəmiyyətini qeyd edərək, bildirib: “Bu, ölkəmizə artan marağın göstəricisi və şirkətimizin uğurlu xarici fəaliyyətinin nəticəsidir. Xüsüsən xarici ölkələrdən gələn gonaqlar üçün Azərbaycan üzrə maraqlı turlar həyata keçirilir və bunlar getdikcə populyarlaşır”.
Danimarkadan gəlmiş qonaqlar Odlar yurdundakı ilk anlardan Bakıdakı möhtəşəm quruculuq işlərinin panoramına, onun qədim arxitekturasının ultramüasir qurğularla unikal ahənginə heyran qalıblar. Qeyd edək ki, “AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaTravel” turizm agentliyi 2011-ci ildə təsis edilib. “AtaTravel” turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə otellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların qabaqcadan bronlaşdırılması üzrə xidmətlər göstərir. Həmçinin, əlverişli şərtlərlə kreditlə tur-paketlər əldə etmək mümkündür.
“AtaTravel” MMC-nin xidmətləri barədə daha geniş məlumat almaq üçün internetdə http://www.facebook.com/AtaTravelLtd?fref=ts səhifəsinə müraciət etmək olar.

İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info