Müxalifət ölkəmizin sabitliyinə, əmin-amanlığına, günbəgün artan nüfuzuna xələl gətirməyə çalışır
Tarix: 08.11.2019 | Saat: 10:49:00 | E-mail | Çapa göndər


Müsavat Partiyasının təşkil etdiyi dəyirmi masaya yığışanlar sadəcə olaraq Azərbaycanı sevməyən qüvvələrin, xüsusən erməni lobbisinin sifarişini həyata keçirmək məqsədinə xidmət edənlərdir.
Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.
C.Osmanov xatırladıb ki, dəyirmi masada eyni zamanda eks-səhiyyə naziri, keçmiş məhbus və cinayətkar Əli İnsanov da iştirak edirdi: “Çox maraqlıdır ki, vaxtilə Əli İnsanov da, İsa Qəmbər də, Arif Hacılı da, Əli Kərimli də bir-birinə təhqirlər yağdırırdılar, bir-birinin ünvanına xoşagəlməz sözlər deyirdilər, bu gün isə onlar bir yerdə oturublar. Bu, onu göstərir ki, onların amalları heç də Azərbaycan xalqı, dövlətçilik, müstəqillik, ölkəmizin inkişafı deyil.
Bunların mövqeyi odur ki, ölkəmizdə sabitliyi, əminamanlığı pozsunlar, ölkəmizin günbəgün artan beynəlxalq nüfuzuna xələl gətirsinlər. Təbii ki, o masanın heç bir əhəmiyyəti yoxdur. Çünki orada yığışan insanların arxasında bir sosial baza, elektorat yoxdur”.
Deputat vurğulayıb ki, o dəyirmi masa insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində Prezidentın atdığı addımlara, ölkəmizdəki sabitlik və əminamanlığa xələl gətirmək məqsədi daşıyırdı:
“Xalqımız bu gün Prezident İlham Əliyevin apardığı siyasətə çox sadiqdir və dəstəkləyir. Xalqla iqtidar arasında möhkəm birlik dayanır və bu birliyi heç bir xarici güc, heç bir təsir dağıda bilməz”.




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
Dağıstan Azərbaycana düyü ixracına başlayıb
12.12.2019
İndiyədək BTC ilə 396 milyon ton Azərbaycan nefti nəql olunub
12.12.2019
TANAP-la Türkiyəyə 3,5 milyard kubmetr “Şahdəniz” qazı göndərilib
12.12.2019
“Şahdəniz”dən indiyədək 115 milyard kubmetr qaz və 27 milyon tondan çox kondensat hasil edilib
12.12.2019
“Mastercard”la nağdsız Azərbaycana doğru

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info