Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”
Tarix: 08.11.2019 | Saat: 13:08:00 | E-mail | Çapa göndər


Məmmədzadə Günel Ərşad qızı Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisasının bu ilki məzunlarından biridir və hazırda Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Terminal-1 Beynəlxalq Hava Limanı gömrük postunun sərnişin şöbəsinin inspektoru vəzifəsində çalışır.

- Günel, hazırda gömrük xidmətində çalışırsınız. Hansı işləri yerinə yetirirsiniz?

- Malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük nəzarətinin həyata keçirilməsi, qadağan olunmuş və ya dövriyyəsi məhdudlaşdırılmış malların ölkəyə qanunsuz keçirilməsinin qarşısının alınması, ölkəmizə xaricdən gələn sərnişinlərin yaşıl və qırmızı kanala daxil olması, baqajlarına baxış keçirilməsi və qanunvericilik aktlarında nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirirəm.

- Akademiyada qazandığınız biliklər iş vaxtı köməyinizə çatırmı?

- Təbii ki, tələbəlik həyatı və iş həyatı bir-birindən çox fərqlidir, lakin icra etdiyim vəzifələrin bir çoxunun nəzəriyyəsini bilmək, yəni dörd il ərzində Akademiyada əldə etdiyim biliklər praktiki fəaliyyətim zamanı köməyimə çatır. Təbii ki, iş həyatı tamam fərqli yeni bilikləri də tələb edir, bunlar da yalnız təcrübə əsasında formalaşır.

- Gömrük xidmətində çalışmağınızda Akademiyanın rolu barədə nə deyə bilərsiniz?

- Məzun olduqdan sadəcə bir ay sonra mən və digər tələbə yoldaşlarım gömrük əməkdaşı kimi müxtəlif struktur bölmələrdə işlə təmin olunduq. Gömrük əməkdaşları sırasına daxil edildiyimizə görə Akademiyanın rəhbərliyinə və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə minnətdarlığımızı bildiririk.

- İlk iş gününüz necə keçmişdi? Həyəcan vardımı?

- İlk iş günüm həyatımdakı ən həyəcanlı günlərdən biri idi, çünki artıq mühazirə dinləmək və seminarlara hazırlaşmaqla keçən tələbəlik günlərinin sonuna gəldiyimi ilk dəfə həmin an anlamışdım. Həmin gün mənim üçün daha məsuliyyətli və diqqətli olmağı tələb edən günlərimin başlanğıcı idi.

- Gömrük xidmətində çalışmaq hansı məsuliyyəti yaradır?

- Gömrük xidməti digər fəaliyyətlərdən daha çox məsuliyyət və diqqət tələb edir. Gömrük orqanı əməkdaşı etik və əxlaqi normalara ciddi əməl etməli, qanuni tələbləri dəqiq bilməli və yerinə yetirilməməsindən irəli gələn məsuliyyətləri dərk etməlidir. Sadəcə xidməti vəzifə ilə bağlı deyil, xidmətdən kənar davranış qaydalarına da fikir verməlidir.




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
“Protokollar tibbi sığortanın uğurlu tətbiqinin ayrılmaz şərtidir”
06.12.2019
Vidadi Rzayev: “Belə futbol, belə inkişaf olmur”
05.12.2019
“Karate həyatımın ayrılmaz bir hissəsinə çevrilib”
05.12.2019
“Fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam”
04.12.2019
“Rusiyadakı Azərbaycan təşkilatları arasında birliyin olması bizim üçün ən vacib məsələdir“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info