“Türkiyə olmadan Avropaya köçün qarşısı alınmaz“
Tarix: 08.11.2019 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Macarıstanın baş naziri Viktor Orban Türkiyənin Suriyada həyata keçirəcəyi bərpa işlərində məmnuniyyətlə iştirak edəcəklərini söyləyib.

Prezident Rəcəb Tayyib Ərdoğan və Viktor Orban Budapeştdəki Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yığıncağından sonra birgə mətbuat konfransı keçiriblər.
Prezident Ərdoğanın Türkiyə-Suriya sərhədində qurulması planlaşdırılan təhlükəsizlik bölgəsilə əlaqədar layihələr barədə məlumatları bölüşdüyü və ölkəsinin buna dəstək olacağını bildirən Orban deyib: “ Evlərini tərk etmək məcburiyyətində qalanlar ev-eşiklərinə qayıda bilməlidir. Bu insanların ölkələrinə qayıtmalarına köməklik göstərmək böyük əhəmiyyət daşıyır. Cənab Ərdoğan qurulan təhlükəsizlik bölgəsilə əlaqədar layihələri mənimlə də bölüşdü. Layihədə şəhərlərin, kəndlərin salınması, məktəblərin, xəstəxanaların, kilsələrin yenidən tikinti planları var. Macarıstan varlı və böyük bir ölkə olmamasına baxmayaraq üzərimizə düşəni yerinə yetirəcəyik”.
Görüşlərdə təhlükəsizlik və köç məsələnin müzakirə olunduğunu, Türkiyənin qeyri-qanuni köçlə ciddi mübarizə apardığını və Türkiyənin sadəcə bu ilin oktyabr ayınadək 350 min qanunsuz qaçqının keçməsinə mane olduğuna diqqət çəkən Orban “Türkiyə olmadan Avropaya istiqamətli köçün qarşısı alına bilməz. Türkiyə Macarıstanın strateji müttəfiqidir” deyə bildirib.
İki ölkə arasında müdafiə sənayesində əməkdaşlığın davam etdiyini bildirən Orban “İki ölkə də NATO üzvüdür. Buna görə hərbi sahədə də müttəfiq ölkəyik. Türkiyə NATO-dakı ikinci böyük orduya sahibdir. Bizim müttəfiqimiz olduğu üçün müdafiə siyasəti və müdafiə sənayesində əməkdaşlıq etməyə səy göstəririk” deyə vurğulayıb.
Türkiyə və Macarıstanın Afrikada da birgə layihələr həyata keçirdiyini qeyd edən Orban Türkiyə və Macaristanın bu çərçivədə Keniyaya həkim göndərdiyini deyib.




 
Bölməyə aid digər xəbərlər
03.07.2020
Yunanıstanda etiraz aksiyası keçirilib
03.07.2020
Terhunedәki kütlәvi mәzarlarda daha altı nәfәrin cәsәdi aşkar edilib
03.07.2020
Türkiyədə fabrikdə baş verən partlayışda yaralananların sayı 56-ya çatıb
03.07.2020
İranda koronavirusdan ölənlərin sayı 11 260 nəfərə çatıb
03.07.2020
Ankarada bütün toplantıların keçirilməsi qadağan olundu

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11544

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 Ev şəraitində Xan kababı-VIDEO
5 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info